Sizin reklam burada
Sizin reklam burada

Düşmənə qan udduran ordumuz

Düşmənə qan udduran ordumuz Rəvanə Cəfər,
Xəzər Rayon Qeydiyyat Şöbəsinin rəis vəzifəsini icra edən

İndi bütün dünya əsgər və zabitlərimizin qəhrəmanlığından danışır


Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq etdi. Təəssüf ki, 23 aydan sonra Qızıl Ordunun gəlişi ilə ölkəmiz müstəqilliyini itirdi.
Sovetlər Birliyinin tərkibində olduğu illərdə bütün sahələr kimi ədliyyə sistemində də acınacaqlı vəziyyət hökm sürürdü. Həmin dövrdə ölkəmizdə ədliyyə orqanlarının fəaliyyəti dəfələrlə dayandırılmışdı.
1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduqdan sonra hərtərəfli inkişaf, o cümlədən ədliyyə sahəsində xüsusi canlanma başladı. Müasir Azərbaycanın ədliyyə sisteminin də inkişafının əsaslı dönüş mərhələsi ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.
İctimai-siyasi sabitlik bərqərar olduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərilmişdir.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Azərbaycan Respublikasında Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Sonrakı illərə gəlincə, qeyd etmək istərdim ki, ölkəmizdə istənilən peşə sahibinin əməyinə ölkə Prezidenti cənab İlham Əliyev yüksək qiymət verir. Yeri gəlmişkən, dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi təsdiq olunmuşdur və s.
Ədliyyə işçilərimiz bu il öz peşə bayramlarını daha böyük sevinclə qeyd edəcəklər. 30 illik Qarabağ həsrətinə son qoyulması Azərbaycanın misilsiz qələbəsidir. Bu günlər hamı bir-birinə gözaydınlığı verir, faşist ermənilərin torpaqlarımızdan qovulmasının sevincini yaşayır.
Həqiqətən bu, çox böyük və tarixi qələbədir. Bu qələbəni bizə bəxş edən Ali Baş Komandanımıza, ordumuzun əsgər və zabitlərinə eşq olsun!
Bu Qələbəmiz bütün dünyaya səs saldı. Üstümüzə gələnlər, “müharibəni dayandırın!” deyən qüvvələr də az olmadı. 30-a yaxın xarici jurnalistə müsahibə verən cənab Prezident təxribat xarakterli suallara məntiqi cavablar verməklə informasiya müharibəsində də təkbaşına bədxahlarımızı darmadağın etdi. Əlbəttə, bütün bunlar çox qürurverici idi.
Nə edəsən ki, insanlıqdan kənar məxluqlar Gəncəni, Bərdəni, Mingəçeviri, Tərtəri və digər şəhər və rayonlarımızı ballistik raketlərdən atəşə tutdular, kassetli bombalardan və digər qadağan olunmuş silahlardan istifadə etdilər. Döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini dinc sakinlərdən çıxmağa çalışdılar. Nəticədə uşaqlar, qadınlar da olmaqla 93 nəfər dinc sakinimiz həlak oldu, 400-dən çoxu xəsarət aldı. Budur erməni xisləti, budur erməni faşizmi! Heç nə ilə müqayisəyə gəlməyən qeyri-insani erməni vəhşiliyi!
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hazırda müalicə alanlara min dəfə şəfa diləyirik.
Bu müharibə bizə həm də dostumuzu-düşmənimizi tanıtdı. Başda qardaş Türkiyə olmaqla bir neçə dövlət bizə çətin günlərdə böyük mənəvi-psixoloji dəstək verdilər. Əlbəttə, biz bu dəstəyi çox yüksək qiymətləndirir və onlara öz təşəkkürümüzü bildiririk. Bu da gözümüzdən qaçmadı ki, Azərbaycanın qalibiyyəti yaxınlaşdıqca tərəfkeşlərimizin sayında da artım hiss olundu. Hətta Avropa mediasında da obyektiv, qərəsiz yazılar görünməyə başladı.
Təəssüf ki, Rusiya telekanallarından bəziləri hətta bu günə qədər ermənipərəst mövqe sərgiləyirlər. Belələri bütün vicdanlarını sataraq Dağlıq Qarabağın, hətta Şuşa kimi qədim Azərbaycan şəhərinin ermənilərə məxsus olduğunu utanmadan-qızarmadan efirdə bəyan edirlər.
Bu xüsusda “Rossiya 1” telekanalında Vladimir Solovyovun “Veçer” verilişi lap ağ edir. Təsəvvür edin: verilişə dəvət olunanlardan 2-3 nəfəri ermənidir, digərləri də erməni faşistlərini dəstəkləyənlər. Nə qədər simvolikdir: “erməni çörəyi” yeyən Solovyov ortada və sağ-solunda Sergey Kurginyan və rejissor Karen Şahnazarov durur. Özləri deyir, özləri təsdiqləyirlər. Görün ermənidən artıq erməni olan Vladimir Solovyov son verilişlərindən birində nə deyir: “Mən başa düşmürəm Azərbaycanda niyə bunu Vətən Müharibəsi adlandırırlar. Bu doğru yanaşma deyil. Vətən Müharibəsi tarixdə bir dəfə olub: o da 1941-1945-də…”.
Əlbəttə, belə fikir söyləyən bir riyakarın vətəni də olmaz. Solovyovun vətəni də, canı da, qanı da Ermənistandır. Görünür, onu ilhamlandıran məşhur erməni konyakıdır… Nisbətən təmkinli görünən erməni rejissoru isə Ermənistanın bir dövlət kimi dağılacağından ehtiyatlatlanır, Kurginyan Paşinyanı “əclaf, satqın” adlandırır.
Belə olan vəziyyətdə bu qələbəmizə kölgə salmağa dəyərmi? Düşmən qan ağlayır, Ermənistan dağılmaq təhlükəsində… Sosial şəbəkələrdə qeyri-obyektiv mülahizələr irəli sürənlər, fərqindəsinizmi?

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ