Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan regionda yeni reallıqlar yaratdı - Bu reallıqlar bizə gözəl perspektivlər vəd edir

    Ramiz Hümmətov,
    Bakı şəhəri 31 saylı Notariat Ofisinin notariusu


    Noyabr ayının 22-si Ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
    Ölkənin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. O dövrdə Cümhuriyyət qurucuları hansı ağır şəraitdə fəaliyyət göstəriblər - bunu tariximizdən yaxşı bilirik. Bütün çətinliklərə baxmayaraq, onlar çətin şəraitdə belə ədliyyə sahəsinə xüsusi önəm veriblər. Keçmişə baş vursaq, buna dair xeyli sayda maraqlı və qürurverici faktlara rast gələ bilərik.
    Şübhəsiz ki, sonrakı dövrlərdə ədliyyəmizin inkişafında həm ulu öndər Heydər Əliyevin, həm də onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri olub.
    Azərbaycan regionda yeni reallıqlar yaratdı - Bu reallıqlar bizə gözəl perspektivlər vəd edir
    Bu ilki peşə bayramımız hər ilkindən fərqlənəcək. Çünki son Vətən Müharibəsindəki parlaq və tarixi qələbəmiz hər bir azərbaycanlını hədsiz sevindirdiyi kimi, biz ədliyyə işçilərində də sonsuz fərəh və qürur hissi yaratdı. Azərbaycanın müzəffər ordusu böyük tarixi qələbəyə imza atdı. Əsgər və zabitlərimiz döyüşlərdə əls hünər, mərdlik, cəsarət göstərdilər. Əlbəttə, cəbhədə itkilərimiz də, yaralananlarımız da oldu. Ən əsası odur ki, biz namərd, vəhşi düşmənin başını əzə bildik, necə deyərlər, onu “iti qovan kimi torpaqlarımızdan qovduq”.
    Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin sərkərdəlik keyfiyyətləri hər birimizdə qürur hissi doğurdu. Həmin günlərdə bizlərdən hər birimiz ölkə başçısının çıxışlarını, yazdığbı qələbə müjdəli xəbərləri, xarici jurnalistlərə verdiyi müsahibələri böyük həyəcanla, sonsuz maraqla izlədik. Bütün xalqımız bu müharibədə Ali Baş Komandanın ətrafında sıx birləşdiyini nümayiş etdirdi.
    Bizim mübarizəmiz haqqın, ədalətin bərpası uğrunda gedirdi. Qələbəmizin tarixi əhəmiyyəti bir də ondadır ki, mənfur qonşularımızın son iki əsrdə bizlərə, ümumiyyətlə bütün türk dünyasına qarşı yeritdiyi təcavüzkar siyasətinə son qoyuldu. Ermənilərin özləri haqqında uydurduqları miflər puç oldu.
    Azərbaycan xalqının humanistliyindən, tolerantlığından istifadə edən mənfur qonşularımız ötən dövrlər ərzində bizə qarşı hansı hiylələri işlətmədilər? Xaricdəki erməni lobbisi xəyanət planlarına nə qədər sərmayə qoyurdular, bilmirikmi?
    Ötən əsrin 80-ci illərində onlar riyakar və ikiüzlü Mixail Qorbaçovu zövcəsi Raisaya çox bahalı zinət əşyası bağışlamaqla ələ almadılarmı? Hətta o zaman dünyaca məşhur olan rus akademiki Andrey Saxarova erməni qadınını sırıyıb, onu əleyhimizə açıqlamalar verməyə təhrik etdikləri yadımızdanmı çıxıb? Belə faktlardan yüzlərlə, minlərlə gətirmək olar.
    Bütün bunlara baxmayaraq, biz dözdük. Xocalı boyda soyqırımın dərdini ürəklərimizdə daşıdıq. Sumqayıt hadisələrini özləri bilərəkdən yaratdılar, amma bizim boynumuza atdılar. Yəni “vəzşi obrazımız”ı yaratmaq üçün buna da dözdük. Torpaqlarımızın 20 faizini işğal edib guya Dağlıq Qarabağın qədim erməni torpağı olduğunu isbatlamağa çalışdılar. Biz yenə də beynəlxalq hüquqa söykənərək səbir göstərdik. Amma bu faşist xislətli insanlar başa düşmədilər ki, səbrimizin də bir sonu var. Və həmin gün tarixdə məhz 27 sentyabr 2020-ci il kimi qalacaq!
    Bədnam qonşularımızın düzəlməyəcəyini indi hər birimiz anlayır. Əslində bunu özləri bizə anlatdılar. Çünki ermənilər öz uşaqlarını tarix boyu türklərə qarşı təbliğat aparmaqla böyüdüblər. Onlar bütün zamanlarda iblis roluna girib ağlasığmaz vəhşiliklər törədiblər.
    Qələbəmiz sayəsində belə iblislərin əsl iç üzü açıldı. Çətin ki, bundan sonra dünya belə riyakar, xain, satqın, ikiüzlü erməni siyasətinin üyütdüyü yalanlara inansın. Son müharibə sözün həqiqi mənasında onları ifşa etdi. Bundan sonra adda-budda yaramaz əməlləri olsa belə, uzağa gedə bilməyəcəklər. Quduranın aqibəti belə də olmalı idi.
    İndi hər bir azərbaycanlının üzündən bir bəxtiyarlıq yağır. İndi hər bir azərbaycanlı başını dik tuta bilər. İndi hər bir azərbaycanlı igid oğullarımızla fəxr edir. İndi hər bir azərbaycanlı Ali Baş Komandanımıza sonsuz dərəcədə təşəkkürünü bildirir!
    Azərbaycanın gələcəyi bundan sonra daha yaxşı, daha parlaq olacaq. Qardaş Türkiyə ilə əl-ələ verərək hələ çox irəli gedəcəyik. Prezidentimizin təbirincə desəm, biz indi yeni reallıqlar yaratmışıq. Bunu görmək, başa düşmək və dəyərləndirmək lazımdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ