Sizin reklam burada
Sizin reklam burada

Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu gücünü darmadağın etdi

Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu gücünü darmadağın etdi Vüqar Qəhrəmanov,
Şamaxı Rayon Qeydiyyat Şöbəsinin rəisi


Cümhuriyyət dövrü Azərbaycanın keşməkeşli inkişaf yolu keçmiş ədliyyə sisteminin parlaq bir səhifəsini təşkil edir. Azərbaycan 1920-ci il aprelin 28-də Rusiya tərəfindən işğal olunandan sonra ədliyyə sistemində yeni rejimə uyğun köklü dəyişikliklər getdi.
Azərbaycanda ədliyyə işinin təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərlik etdiyi dövrə təsadüf edir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bu qurumun sabit işi təmin olunmuş, gələcək inkişafı üçün zəmin yaranmışdı.
Qeyd edək ki, dövlət müstəqilliyi əldə ediləndən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə çatdırılması yönündə xeyli iş görülmüşdür. Hər şeydən əvvəl müstəqil dövlətimiz demokratiya yolunu seçərək, bu istiqamətdə bütün maneələri dəf etdi, həyata keçirdiyi uğurlu demokratik islahatları ilə dünyanın diqqətində dayandı. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu nəhəng işləri sonrakı dövrdə onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirdi.
Bu gün Azərbaycanın öz torpaqları uğrunda haqlı mübarizəsi olan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ədalətin bərpa olunması üçün müqəddəs və tarixi savaşıdır. Bu müharibənin nə vaxtsa başlanacağı gözlənilən idi. Danışıqlar prosesinin baş tutmayacağı təqdirdə Azərbaycanın öz ərazi butövlunü təmin etmək güc yoluna əl atacağı labüd idi. Bu hüququ bizə dünyada qəbul edilmiş ərazi bütovlüyunun pozulmasının yolverilməzliyinə dair beynəlxalq prinsiplər, o cumlədən BMT-nin nizamnaməsi verir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən də, BMT-yə və digər təskilatlara üzv olanda da Dağlıq Qarabağ respublikamızın ərazisi kimi taninib.
Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif hərbi təxribatlar törətməklə, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi.
Sentyabr ayının 27-dən bu yana terrorçu Ermənistanin əl atdığı təxribata Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən verilən odekvat cavab təcavüzkara daha böyük itkilər hesabına başa gəldi. Bu dəfəki döyüşlər miqyasına, işğaldan azad edilən əraziyə, məhv edilən düşmən sayına və ələ keçirilən hərbi texnikaya görə daha sarsıdıcı oldu.
Ermənistan ordusunun və cəmiyyətinin özünə inamı əsaslı dərəcədə kiçildi. Ordumuz bir neçə günə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu gücünü darmadağın etdi. Silahlı qüvvələrimiz tərəfindən 190-dan artıq düşmən tankı, artilleriya qurğusu və raket sistemləri, xeyli sayda canlı qüvvəsi məhv edildi, çoxsaylı hərbi texnika və silah-sursat ələ keçirildi.
Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə işğal altında qalan torpaqlarımızın bir qismini azad edən müzəffər Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlılarının sarsılmaz birliyi dövlətimizin əzmini daha da artırdı. Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri işğalçılardan azad olundu.
Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.
İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ