Sizin reklam burada
Sizin reklam burada
  • MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA: “TÜRKİYƏ İLƏ DOSTLUĞUMUZ SARSILMAZDIR”

    MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA: “TÜRKİYƏ İLƏ DOSTLUĞUMUZ SARSILMAZDIR” Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopla növbəti telefon danışığı oldu.
    Telefon danışığında Spiker həmkarını və onun simasında bütün türk xalqını Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibəti ilə həm öz adından, həm də Milli Məclisin deputatları adından təbrik etdi. Sədr belə bir fikri ifadə etdi ki, yeni qaz yatağının işlənməsi qardaş və dost Türkiyə xalqına böyük faydalar gətirməklə yanaşı, onun beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək, iqtisadiyyatının daha da güclənməsinə yeni impuls verəcək.
    Danışıqda Spikerlər Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyi sahəsində birlikdə həyata keçirdikləri qlobal layihələrin əhəmiyyətini bir daha vurğuladılar, bu ölkələrin regionda reallaşdırdıqları digər layihələrin də müvəffəqiyyətlə nəticələnəcəyinə əminliklərini söylədilər.
    Milli Məclisin Sədri bildirdi ki, Türkiyənin uğurları bizi də qəlbən sevindirir. Azərbaycan-Türkiyə dostluğu xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Türkiyə ilə dostluğumuz sarsılmazdır.
    Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də danışıldı.
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ