Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Siyasət
29-05-2020, 19:15
516
Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop həm öz adınan, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 may Respublika günü münasibəti ilə təbrik edib. Bu barədə Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarova öz twitter səhfəsində məlumat verib. Milli Məclisin Sədri Sahibə Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.