Sizin reklam burada
Sizin reklam burada
  • Türk dünyası üçün tarixi bir gün

    Türk dünyası üçün tarixi bir gün
    Nəsib Məhəməliyev,
    millət vəkili


    Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirildi.
    Zirvə görüşü Türkiyə,Qazaxıstan,Özbəkistan, Qırğızıstan,Türkmənistan Prezidentləri,Macarıstanın Baş naziri, əməkdaşlıq şurasının Baş katibi və Ümumdünya səhiyyə təşkilatının Baş direktorunun iştirakı ilə baş tutdu.
    Zirvə görüşü koronovirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdu. Konfrans iştirakçılarının hər biri ölkələrində görülən tədbirlər barədə məruzə ilə çıxış etdilər və yekunda bəyanat qəbul etdilər.
    Sual oluna bilər. Nə üçün mən bu görüşü, tarixi görüş adlandırdım.
    Müasir dünyanın bu günki reallıqları ondan ibarətdir ki, koronovirus, qısa zaman kəsiyində dünyanın bütün ölkələrini bürüdü. Ölkələr arası sərhədlər bağlandı, diplomatik, iqtisadi, mədəni, turistik əlaqələr kəsildi. Hətta Avropa Birliyi ölkələri uzun illər əvvəl götürülmüş sərhədləri bərpa etdilər. Virusun daha çox yayıldığı İtaliya, İspaniya kimi ölkələrə nəinki yardım etməkdən imtina etdilər,bəzi hallarda digər ölkələrdən göndərilən humanitar yardımları mənimsəməkdən çəkinmədilər. Təbii olaraq həssas bir dövrdə, belə neqativ halların,dünya ölkələrinin nümunə götürdüyü birliyin daxilində baş verməsi, proseslərin heç də monolit olmadığını göstərir.
    Əsil dost çətin gündə tapılar.
    Təəssüf hissi ilə etiraf etmək lazımdır ki,Türkdilli Dövlətlərin əməkdaşlıq təşkilatı uzun illər əvvəl formalaşsa da, müxtəlif səbəblərdən birliyin harmonik, stabil inkişafını təmin etmək mümkün olmurdu. Azərbaycan-Türkiyə-Qazaxıstan üçlüyünün iqtisadi, siyasi,mədəni və digər sahələrdə strateji əməkdaşlıqlarını çıxmaq şərti ilə digər ölkələrlə münasibətdə vaxt aşırı müəyyən boşluqlar nəzərə çarpırdı. Təbii ki,iki tərəfli və çox tərəfli münasibətlərdəki bu sistemsizlik ümumi işə ziyan gətirirdi.
    Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu,uzaq gələcəyə hesablanmış apardığı siyasət türk dünyasının inkişafına,inteqrasiyasiyasına,genişlənməsinə hesablanmış siyasətdir. Hal hazırda bir çox dünya ölkələri öz aralarında uzun illər mövcud olmuş iqtisadi əlaqələri pozaraq, ticarətdə proteksionist siyasət yürüdür, bir birilərinə qarşı maliyə sanksiyaları, müxtəlif əsassız tariflər, gömrük rüsumları tətbiq etməklə,ənənəvi bazarlardan çıxarırlar. Nəticədə güclü daha çox güclənir,zəif isə daha da zəifləyir.
    Belə bir vəziyyətdə Türkdilli dövlətlərin vahid strategiyadan çıxış etmələri, pandemiya ilə mübarizədə bir birilərinə maddi və mənəvi dəstək vermələri olduqca zəruridir. Bu birliyin dünya çapında hər təfəfli inkişaf etmiş, güclü bir varlığa çevrilməsi üçün kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı,nəqliyyat- loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə,Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər,müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin,ədalətsizliklərin qarşısı alınar.
    Bu gün keçirilən zirvə görüşündə, dövlət başçılarının, ümumdünya səhiyyə təşkilatının Baş direktorunun çıxışlarında səsləndirilən fikirlər və gözəl təşəbbüsə görə cənab Prezident İlham Əliyevə edilən təşəkkürlər, bu birliyin daha da güclənməsində Azərbaycanın rolunun nə qədər vacib olduğunun əyani sübutudur. Bu bir ilkdir,tarixidir. Davamlı olsun.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ