Sizin reklam burada
Sizin reklam burada
  • Xeyriyyəçilik yoxsa, seçki saxtakarlığı

    İmişli rayonu 79 saylı seçki dairəsində özbaşınalıq

    Deputatlığa namizəd Razi Nurullayevi İmişli sakinləri qovdu



    Ölkə başçısı Azərbaycanda keçiriləcək 9 fevral parlament seçkiləri ilə bağlı qəti tapşırıq verib ki, yerlərdə icra başçıları seçkilərə yersiz müdaxilə etməsinlər, qanun pozuntusu yaratmasınlar. Əks halda həmin icra başçısıları tutduqları vəzifədən uzaqlaşdırılacaq və məsuliyyətə cəlb olunacaqlar.
    Təəssüflə deyə bilərik ki, etibarlı mənbədən aldığımız məlumata görə İmişli rayonu 79 saylı seçki dairəsində bu problemlər yaşanmaqdadır. Azad və şəffaf seçkiyə kölgə samaqla, qanuna zidd hərəkətlərə yol verən İmişli rayon rəhbərliyi adı çəkilən dairədən deputatlığa namizəd Razi Nurullayev adlı birinin müdafiəsinə qalxaraq çox kollektivli bir neçə müəssisə və təşkilatları onun görüşlərinə toplayır, kollektivi isindən-gücündən ayırır bu namizədə dəstək nümayiş etdirmələri göstərişi verilir onlara. İnsanlar Razı Nurullayev adlı namizədi tanımır və tanımaq da istəmirlər. Lakin istəmədən, könülsüz olaraq təzyiq altında, neçə deyərlər çarəsiz qalıb toplaşırlar onun görüsunə. Əks halda iş yerlərini itirə bilərlər.
    Təkcə bu dairəyə məxsus 29 kənd inzibati ərazi numayəndələrinə yanvarın 25-də saat 12-də icra başçısı Vilyam Hacıyevin rəhbərliyi ilə keçirilən toplantıda Razı Nurullayevi "dəstəkləmələri" barədə məxfi tapşırıq verilib.
    Mənbə onu də bildirir ki, seçicilərinin nüfuzunu qazana bilmədiyini aydınca anlayan R. Nurullayev "xeyriyyəçilik" variantına keçərək seçicilərə pul paylamağa qərar verib. Bütün bunlar heç şübhəsiz, seçki qanunlarına zidd hərəkətlərdir. Mərkəzi Seçki Komissiyası bu barədə düşünməli və ölçü götürməlidir.
    Dediklərimizin bariz nümunəsi olaraq dəyərli oxucuların aşağıdakı videoçarxı izləmələri məsləhətlidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ