
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, mütəmadi olaraq cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir:
"Bütün çətin məqamlarda, o cümlədən Zaqatala, Şamaxı və Ağsuda zəlzələlər olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi. Biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Prezident İlham Əliyev tez bir zamanda məsələni nəzarətə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də vətəndaşlarını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü".
Millət vəkili vurğulayıb ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi həm də həyata keçirilən sosial siyasətin tərkib hissəsidir:
“Bütün deyilənlərlə yanaşı, “Diqlas” yanğını ilə əlaqədar baş vermiş hadisələrdə xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu. Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən antimilli ünsürlər yenidən ifşa olundu, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmağını ortaya qoydular".