Sizin reklam burada
Sizin reklam burada
  • Avstraliya parlamentinin nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

    Avstraliya parlamentinin nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb Avstraliya parlamentinin nümayəndə heyəti Xocalı soyqırımı memorialını ziyarət edərək gül dəstələri qoyub.
    Onlara məlumat verilib ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub,106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi indi də məlum deyil.
    Qeyd edilib ki, fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunub. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı evini itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
    Bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanımasına, BMT-nin işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsini tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan işğalı davam etdirir, beynəlxalq hüquqla hesablaşmır və ona məhəl qoymur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ