Sizin reklam burada
Sizin reklam burada

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb

Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda nevroloji patologiyalar artıb Bütün dünyada olduğu kimi, Azərbaycanda qeysəriyyə əməliyyatı ilə anadan olan uşaqlarda nevroloji patologiyalar artıb. Bunu Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Cəmilə Ağazadə bildirib.
C. Ağazadə deyib ki, son illər ölkədə qeysəriyyə əməliyyatlarının sayı azalıb. Onun sözlərinə görə, təkcə Azərbaycanda yox, bütün dünyada qeysəriyyə əməliyyatlarının sayının artmasına qarşı tədbirlər görülür. O vurğulayıb ki, hamiləlik gedişatının izlənməsi, hamilələrə qulluğun normal aparılması qeysəriyyə kəsiyi əməliyyatlarının sayının azalması ilə nəticələnib: "Mərkəzdə ana və uşaq sağlamlığı diqqət mərkəzində saxlanılır. Mərkəzdə ana və uşaq ölümü 0%-dir. Ağır patologiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ