Sizin reklam burada
Sizin reklam burada

Səhiyyə Nazirliyi Ağsu Mərkəzi Rayon Xəstəxanasının enerji təchizatında yaranan problemə aydınlıq gətirib

Səhiyyə Nazirliyi Ağsu Mərkəzi Rayon Xəstəxanasının enerji təchizatında yaranan problemə aydınlıq gətirib Bu gündən etibarən Ağsu Mərkəzi Rayon Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, xəstəxana daha böyük və yeni binaya köçürülüb. Onun sözlərinə görə, kiçik binanın işıq sərfiyyatı da böyük bina qədər deyil: “Əvvəllər bunlar nəzərdə tutulmayıb və işıqların kəsilməsi bu səbəbdən olub. Artıq xəstəxana tam olaraq elektrik enerjisi ilə təmin olunub və orada generatorlar işləmir”.
Qeyd edək ki, noyabrın 3-də Ağsu Mərkəzi Rayon Xəstəxanasına elektrik enerjisinin verilməsi dayandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ