Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb

Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb Azərbaycanda ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb.
Bu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş tutub. Klinikanın Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, dopler müayinəsi zamanı uşağa ciddi anemiya diaqnozu qoyulub.
Onun sözlərinə görə, ciddi anemiya olduğu üçün müalicənin yeganə üsulu ana bətnində dölə qan köçürülməsisayılıb: “Dölün çəkisinə, həftəsinə və hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır. Bizim müayinə etdiyimiz döldə isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub. Dölə yeni xüsusi qaydada hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən sonra dölün qan dövranındakı hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hazırda dölün vəziyyəti yaxşıdır və 1 həftə ərzində döldə olan ödəmin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ