Sizin reklam burada
Sizin reklam burada

Baş dermatoveneroloq: “Saç tökülməsi problemi daha çox kişilərdə müşahidə olunur”

Baş dermatoveneroloq: “Saç tökülməsi problemi daha çox kişilərdə müşahidə olunur” “Saç tökülməsi mühüm dermatoloji problemlərdən biridir”. Bunu APA-ya Azərbaycanın baş dermatoveneroloqu Zülfüqar Fərəcov deyib.
Onun sözlərinə görə, ekoloji faktorlardan başqa, kimyəvi maddələrdən istifadə də saç tökülməsinə mənfi təsir edir. Ölkədə bu problem daha çox kişilərdə müşahidə olunur: “Qadınlarda isə klimakterik dövr başlayanda saç tökülməsi problemi yaranır. Orqanizmdə gedən dəyişiklər tük faktoruna da təsir edir. Saç tökülmə bir çox halda müxtəlif xəstəliklər səbəbindən də əmələ gələ bilər. Məsələn, qan, endokrinoloji, göbələk xəstəlikləri saçların tökülməsinə səbəb ola bilər”.
Z. Fərəcov Azərbaycanda geniş yayılan saç əkilməsi, saçların rənglənməsinin dəriyə təsirindən də danışıb. Onun fikrincə, saç əkilməsi yalnız müəyyən yaş, əsasən reproduktiv dövrdən sonra mümkündür. Müəyyən yaş həddində orqanizmin tam formalaşdığını deyən baş dermatoveneroloq qeyd edib ki, reproduktiv dövr 40 yaşa qədərdir və aktiv yaş dövrü sayılır: “Bundan sonra saç əkilməsini mümkündür. Bu proseslərə fərdi yanaşılmalıdır. Saçın rənglənməsi adətən allergik xəstəliklərin yaranmasına təsir edir. Təcrübədə belə halların çox şahidi olmuşam. Saçlar rənglənən zaman insanların allergiyası yoxlanıb sonra iş görülməlidir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ