Sizin reklam burada
Sizin reklam burada
  • İranlı cərrahın kobud səhvini Bakıda düzəltilər - Xəstənin həyatı təhlükədəymiş

    İranlı cərrahın kobud səhvini Bakıda düzəltilər - Xəstənin həyatı təhlükədəymişBakıda həkimlər iranlı cərrahın xəstənin qarnında unutduğu cismi çıxarıblar
    Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında maraqlı əməliyyat icra olunub.
    ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürülən Azərbaycan vətəndaşının halı pisləşib.
    ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarasının sağalmadığı müşahidə edilib. Məlumata görə, Düşənbədə həkimlər xəstəyə şəkərli diabetdən əziyyət çəkdiyini də bildiriblər. Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiya müayinəsi zamanı radioloq, dosent Rasim Bayramov xəstənin qarnında irinləmə və yad cisim aşkarlayıb. Xəstə dərhal professor Mübariz Əliyev tərəfindən əməliyyat olunub.
    Məlumata görə, əməliyyat uğurla nəticələnib, hazırda xəstənin vəziyyəti stabildir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ