Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklərin statistikası açıqlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərdə aşkarlanan xəstəliklərin statistikası açıqlanıb Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər 10215 nəfər müayinədən keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ