Sizin reklam burada
Sizin reklam burada

Kimsəsiz uşaqlara pulsuz göz müayinələri

Kimsəsiz uşaqlara pulsuz göz müayinələri  Azercell Telekom MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”-nın həkimləri görmə çətinliyi olan uşaqları aşkarlamağa və müxtəlif göz xəstəliklərindən əziyyət çəkənləri müalicə etməyə davam edirlər. Klinikanın həkimləri bu dəfə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbindəki kimsəsiz uşaqlara baş çəkiblər. İnternat məktəbində məskunlaşan uşaqların hamısı həkimlər tərəfindən müayinə edilib. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eynək reseptləri yazılıb.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində layihə çərçivəsində klinika Bakı şəhərindəki onlarla internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ