Sizin reklam burada
Sizin reklam burada

Ötən ay 4 nəfər sirkədən, 9 nəfər dərmandan zəhərlənib

Ötən ay 4 nəfər sirkədən, 9 nəfər dərmandan zəhərlənib Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər Klinik Tibbi Mərkəzə müraciət edib. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, müraciət edənlər xəstəxanaya yerləşdirilib.
A.Masudov qeyd edib ki, onların arasında ölüm halı olmayıb: "Yanvarda 9 nəfər dərmanların allergik təsirindən zəhərlənib. Onlar da xəstəxanada lazımi müayinə və müalicə olunub. Ötən ay ərzində spirtli içkilərin təsirindən sərxoş olan 14 nəfər xəstəxanaya gətirilib. Onlar mərkəzdə uzun müddət qalmayıb, ilkin yardım göstərildikdən sonra evə buraxılıblar".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ