Sizin reklam burada
Sizin reklam burada

Arxa cəbhənin fədakarları

Respublika Psixiatriya Xəstəxanası Publik Huquqi Şəxs haqqında bir neçə söz

Əlimə qələm alıb söz sənətinə başldığım 40 ilə yaxın müddətdə bəzən elə mövzulara toxunmuşam, elə sahərdən söz açmışam ki, ona dönə-dönə qayıtsam da, mövzu hər dəfə yenilənir, canlanır, daha maraqlı və mükəmməl alınır. Belə sahələrdən biri də Bakının Maştağa qəsəbəsindəki Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi Şəxsdir. Başçılıq etdiyim "Atribut" qəzeti düz 15 ildir ki, öz səhifələrini bu səhiyyə müəssisəsinə açaraq, burada müalicə alan xəstələrin sağlamlığı naminə dövrün, zamanın tələblərinə uyğun həyata keçirilən tibbi-proflaktik tədbirlərdən, yaradılan hər cür nümunəvi şəraitdən, əldə olunan nailiyyətlərdən bəhs edir, bütün bunları geniş oxucu kütləsinin diqqətinə çatdırır. Niyə məhz 15 il?. Sizə elə gəlməsin ki, "Atribut"un cəmi 15 yaşı var. Xeyr, bu il may ayının 10-da (Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü-red.) qəzetmiz 20 illik yubileyini qürur hissi ilə qeyd edəcək. Sadəcə sözügedən tibb müəssisəsinin 15 il əvvəlki mənzərəsi tamamilə indiki görünüşünün əksinə olmuş, buralar gözdən-könüldən uzaq düşmüş, çaqqal-tülkü yuvalarına dönərək kol-kos, qamışlıq basmış ürək bulandıran xarabalıq idi. Əsl dəlixananı xatırladan bu məkanda illərlə yığılıb kiçik gölməçələr şəklini alaraq üfunət qoxuyan qrunt suları yerində olmayan rəhbərliyin səriştəsizliyi üzündən aradan qaldırılmamış, geniş həyətyanı sahənin böyük hissəsində torpaq qatları susuzluqdan cadar-cadar olmuş, eləcə də illərlə təmir görməyən müalicə korpuslarının divarları baxımsızlıq üzündən ovulub tökülmüş, çat-çat olaraq qəzalı vəziyyətə düşmüş, bu korpuslarda yerləşdirilən xəstələr dağınıq kollektivin məsuliyyətsizliyi üzündən nə vaxtında normal müalicə almamış, nə də normal qidalandırılmamışdır. Bu gün o açınacaqlı mənzərədən əsər-əlamət qalmamış, burada gözə dəyən, mövcud olan hər nə varsa, yenilənmiş, sadalanan problemlər tam aradan qaldırılmış, bir sözlə, xəstəxana tibbin müasir tələbləri səviyyəsinə yüksəldilmişdir.

Bəs, bu necə baş verdi?

Düz 15 il öncə, 2008-ci ildə sözügedən xəstəxanaya yüksək idarəçilik və tibbi təcrübəyə, malik Əməkdar həkim Ağahəsən Rəsul oğlu Rəsulov rəhbər təyin edildi. O, fəliyyətə başladığı ilk gündən geriliyi, cəhaləti aradan qaldırmaq məqsqdilə burada köklü dəyişiklik etməyə başladı. Əvvəlcə dağınıq kollektivi bir araya yığaraq onlara işdə məsuliyyətin, inzibatçılığın, həkim-xəstə münasibətlərinin, rəhbər tapşırıq və tövsiyələrinin, birliyin, möhkəmliyin nə demək olduğunu başa saldı və qısa müddətdə istəyinə- sağlam kollektivin formalaşmasına nail oldu. Ardınca qəzalı vəziyyətdə olan uçuq-sökük müalicə korpuslarının təmir-bərpa, eləcə də bəzilərinin yenidən tikintisinə, həmçinin həyətyanı geniş sahənin yaşıllaşdırılmasına, abadlaşdırılmasına start verdi. Beləcə, 25 hektarlıq sahədə bu günədək 30 minə yaxın müxtəlif növ ağac əkilmişdir ki, bunların əsasını mövsümi üzrə meyvə ağacları və dekorativ ağaclar təşkil edir. Ağacların kölgəsində "besedka"lar düzəldilmiş, müasir skameykalar quraşdırılmış, onların qarşısındakı stolların üstündə isə şahmat və şaşki oyunları üçün xanalar işlənmişdir. Bütün bunlar həm çöl həyatına hazırlanan ruhi-əsəb xəstələrinin müalicəsi, həm də onlara baş çəkməyə gələn valideynlərin vaxtının səmərəli keçməsi üçün yaradılıb. Hələ bu harasıdır? Həyətyanı sahədə dörd yanı gül-çiçək olan iki genis hovuz yaradılıb və onların hər ikisində müxtəlif növ balıqlar saxlanılır ki, bu da ruhi-əsəb xəstələrinin bas-beyin müalicəsi üçün mükəmməl təbii vasitədir.

Qazilərə diqqət və qayğı

Onu da qeyd etmək yerinə düşər ki, haqqında söz açdığımız Xəstəxana 44 günlük Vətən müharibəsi itirakçılarına-Qazilərə əzəl gündən layiqincə yüksək tibbi xidmət göstərmiş, təcrübəli psixiatrlar tərəfindən burada onlara xüsusi diqqət və qayğı ilə yanaşılmış, təkcə tibbi-psixiatrik deyil, həm də insani münasibət göstərilmiş, hər cür lazımi şərait yaradılmış, bu xidmət bu gün də davam etməkdədir. Bunu dəfələrlə Xəstəxana daxilində Qazilərlə görüşüb söhbət edərkən onların öz dillərindən eşitmişik. Əslində arxa cəbhə ön cəbhənin bazasıdır. Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsin fədakar kollektivi bu mənada arxa cəbhədə müsəlləh əsgər kimi dayanmış, qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Xəstəxananın baş direktoru Ağahəsən Rəsulov dünya tibb təcrübəsinə əsaslanaraq burada yeni-yeni təbii müalicə üsullarının tətbiqini davam etdirməkdədir.

P.S. Yazının davamı olacaq.
Arxa cəbhənin fədakarları
Bəradər Səməndərli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ