Sizin reklam burada
Sizin reklam burada

ŞƏXSİYYƏT haqqında bir neçə söz

ŞƏXSİYYƏT haqqında bir neçə sözVicdanın hesabatı

Anlamlı, eyni zamanda yaradıcı insanlar üçün jurnalistika-söz sənəti sərəfli olduğu qədər də çətin və məsuliyyətli pesədir. Hər sözün, hər kəlmənin, hər cümlənin, hər sətirin üstündə əsdiyin qədər də məsuliyyətini dərk edəsən gərək. Necə deyərlər, söz ağızda ikən sənindir, ağızdan çıxdısa, daha o sənin deyil, cəmiyyətin, oxucuların, izləyicilərindir. Xüsusən, ötən dövrlərdən fərqli olaraq, cəmiyyətin inkisaf etdiyi, azad, sözdən söz çıxaran çağlarında kimin, nəyin haqqında nə dediyinin, necə yazı yazdığının fərqində olasan gərək.
Mətbuatda fəaliyyətimin 40 ilə yaxın müddəti imkan verir ki, söz mətbəximdən oxuculara şit, bayağı, ürəkbulandıran yazılar deyil, diqqət cəlb edən, gərəkli, məzmunlu, vicdanlı yazılar təqdim edim. Elə bu gün əlimlə deyil, ürəyimlə yazıb düzəcəyim və istəkli oxuculara təqdim edəcəyim yazı ötən saylarımızda işıq üzu görən silsilə yaziların davamıdır. Yəqin ki, bizi izləyən coxsaylı oxucular Maştağadakı Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxs və onun baş direktoru, Əməkdar həkim Ağahəsən Rəsulovun nümunəvi fəaliyyətindən nə az, nə çox, düz 14 ildir ki, yüksək qürur hissi ilə yazılar verdiyimizi gözəl bilirlər. Bəli, hər dəfə bu qabaqcıl tibb ocağından və onun alicənab rəhbərinin fəaliyyətindən, burada həyata kecirdiyi analoqu olmayan yeniliklərdən bəhs edəndə, sanki vicdan borcumu yerinə yetirmis oluram. "Görünən dağa nə bələdçi", deyərlər. Hər nə varsa, göz qabağındadı. Elə 14 il əvvəlki vaxtla bu günkü günün mənzərəsinə diqqət yetirmək dediklərimi təsdiq etməyə kifayət edər...
Ötən dövrü bu tibb ocağı üçün tənəzzüldən tərəqqiyə aparan yolda əlcatmaz inkişaf və bu istiqamətdə əldə olunan nailiyyətləri səhiyyədə yaxşı mənada inqilab adlandırmaq olar. Sıfirdan 100 faiz inkişafa gətirib çıxarmaq bu tibb muəssisəsinin tarixində silinməz iz buraxmaq, butün bunlari əldə etməyi isə təcrübəli səhiyyəçi, bacarıqlı rəhbər olmaqla yanaşı, SƏXSİYYƏTİN gücü hesab etmək olar. Bəli, Əməkdar Həkim Ağahəsən Rəsulov sözün əsl mənasında SƏXSİYYƏTDİR. O, bundan əvvəl çalışdığı 2 saylı Psixatriya Dispanserində də yetərincə layiqli iz buraxıb, kollektivin yaddaşında alicənab insan, qayğıkeş rəhbər kimi qalıb.
A. Həsənov xaraktercə son dərəcə diqqətcil, sadə, səmimi, mehriban, insani xüsusiyyətlərə malik olduğu qədər də işdə tələbkar, ciddi, məsuliyyətli, vicdanlı insandı. Vətəni, dövləti, milləti ürəkdən sevən, bu mənada dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirməyi vicdan borcu hesab edən və bütün qazanılan uğurları ölkəmizin tərəqqisi, cəmiyyətimizin sağlam inkişafı, xalqımızın işıqlı sabahı naminə edən Allahin bu alicənab insanı indiki bulanıq dövrdə Azərbaycan səhiyyəsi ücün bir tapındıdır sanki. ŞƏXSİYYƏT haqqında bir neçə sözŞƏXSİYYƏT haqqında bir neçə sözŞƏXSİYYƏT haqqında bir neçə söz
Dəyərli izləyicilər və oxucular, məni bu yazını yazmağa heç bir maddi maraq, heç bir umacaq, hec bir səxs təhrik etməyib. Bu, icimdə insanlığa qaynayıb coşan məhəbbətdən, eyni zamanda yazının əvvəlində qeyd etdiyim kimi, A. Rəsulovun burada izlədiyim 14 illik fəaliyyətinin vicdanım qarşısında bir hesabat yazısıdır sanki. "Kollektivin atası" adını da o, əbəs yerə qazanmayıb. Bu cür xosbəxtlik hələ-hələ rəhbərə qismət olmur. Əksər hallarda rəhbər-işçi arasında ziddiyyətlər, anlaşılmaziqlar hokm sürür. Bu qarışılıqlı hörmət və ehtiramin qazanılması məhz Agahəsən Rəsulovun yuxarıda sadaladığım digər keyfiyyətləri ilə yanaşı, təcrubəli psixoloq-psixiatr olmasından irəli gəlir. O, hər kəsin öz dili ilə danısır, hec kəsin qəlbinə toxunmur. Adlarının çəkilməsini istəməsələr də bir çox şöbələrdə olarkən işçilər kollektivi ailə, baş direktoru isə bu ailənin qayğıkeş başçısı adlandırdılar.
Xəstəxanaya təbii ki, giriş qəbuldan başlayır. Qəbulda isə ənənəvi olaraq hər gün xeyli sayda və muxtəlif səbəbli insan görünür. Onların ayrı-ayrılıqda bir neçəsi ilə görüşüb söhbət edərkən yalnız raziliq ifadələrini eşitdik. Qəbulda göstərilən nəzakət, səmimiyyət ilk andan burada ümumi ab-havanın pozitivliyindən xəbər verir. Gundəlik axin edən Qazilərə qoyulan hörmətin, gostərilən xidmətin keyfiyyəti isə goz önündədir. Vətən oğulları bas direktorun bu məsələyə son dərəcə həssas yanaşdığını, onlara lazimi qədər insanlıq nümunəsi göstəriməsini Vətənə, dövlətə yuksək xidmətin bariz göstəricisi kimi dəyərləndirdilər. Bütün bunları düşünərək daxilən urəyimdən belə bir ifadə kecdi; Kitab-kitab yazılmaqla bitib-tukənməyən məziyyətləri, keyfiyyətlərı Agahəsən Rəsulovun anadan insanlığa, mərdliyə, kisiliyə, dövlətciliyə dogulmasindan irəli gəlir. Hələik bu qədər. Ardı olacaq.

Bəradər Səməndərli
"Atribut" qəzetinin və "Atributinfo.az" saytının baş redaktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ