Sizin reklam burada
Sizin reklam burada

KİM SAĞLAMDIRSA - O GƏNCDİR!

Hə kəsə yaxşı məlumdur ki, həyatda insan üçün ən əhəmiyyətli, ən zəruri, ən vacib şey sağlamlıqdır. Məncə, burda dahi Nizami Gəncəvinin bir beytinə müraciət etmək yerinə düşər. O, demişdir:

“Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar bədəndə, sözdə”.

Bu, məntiqə istinad edərək tam əminliklə söyləmək olar ki, sağlamlıq yalnız insanın özünə deyil, həm də onun ailəsinə, doğmalarına, cəmiyyətə, sözsüz ki, yaşadığı dövlətə çox lazımdır. Məhz, bu nöqteyi - nəzərdən insan amili dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin bünövrəsində vətəndaş amili birinci pillədə dayanır.
Dövlətin Azərbaycanın gələcəyi hesab olunan gənclərə göstərdiyi diqqət və qayğı ictimaiyyətdə daha çox hiss olunur. Davamlı qəbul olunan “Dövlət Proqrqmları” gəncliyin inkişafına, onların potensial imkanlarının tərəqqisinə və genişləndirilməsinə müsbət təsir göstərir. Gənclərin hərtərəfli püxtələşməsi məqsədilə onlarda idmana olan marağın, mədəni, elmi, kütləvi tədbirlərin sayının artırılmasında, bununla əlaqədar müxtəlif kompleks işlərin, o cümlədən “Olimpiya İdman Kompleksləri”nin inşasında məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, həm də insanların narkomaniya kimi belə ağır fəsadlar törədən neqativ vərdişlərdən uzaqlaşdırılmasına xidmət edir. Bu sahədə, qətiyyətli mübarizənin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Birinci - vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəsilin sağlamlığının qorunması və onların hərtərəfli tərəqqisi istiqamətində hyata keçirilən mütərəqqi tədbirlər olduqca əhəmiyyətli, həmçinin, çox dəyərlidir.
Azərbaycan Prezident İlham Əliyevin 2019 - cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 - 2024 - cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə sadəcə olaraq kampaniya xarakteri daşımır, bu davamlı dövlət siyasətdir, - demiş, - olsam səhv etmərəm.
Bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26 - nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edibdir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stшmul yaranır.
Aydın məsələdir ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdi. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətlərin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox qısa zaman ərzində iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı dayanmadan çoxaldı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, dövlətin hərtərəfli inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Bunun üçün ayrı - ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur. Birsözlə, gənclərin həyatı üçün münbit şərait yaradılır.
Məhz, bu nöqteyi - nəzərdən çıxış edərək Mingəçevir şəhərini diqqətdən kənarda saxlamaq qeyri mümkündür. Əgər nəzərə alsaq ki, Mingəçevir Azərbaycanın ən gənc, ən müasir, ən prespektivli şəhərlərindən biridir, onda söhbətin hansı istiqamətdə gedəcəyini vurğulamağa, məncə, ehtiyac qalmır. Demək, başqa yerlərdə olan neqativ hallar burda da mövcuddur və ya mövcud ola bilər.
Azərbaycanın başqa şəhər və rayonlarında olduğu kimi burda bu ağır xəstəliyə tutulanların müalicəsi ilə mütəmadi məşğul olan ixtisaslaşmış “Mingəçevir Narkoloji Dispanseri” fəaliyyət göstərir. Uzun illərdir ki, dispanser və onun həkim - tibb kollektivi dünyada “ağ ölüm” kimi tanınan bu bəlanın pəncəsində yüzlərlə, minlərlə insanı xilas edibdir, ailəsinə, doğmalarına, həyata, ümumiyyətıə, cəmiyyətə qaytarıbdır. Artıq otuz ildir ki, “Mingəçevir şəhər - Rayonlararası Narkoloji Dispanseri”nə istedadlı, peşəsini sevən, kollektivin, həmçinin, xəstələrin, onların doğmalarının və yaxınlarının böyük hörmətini qazanan narkoloq - həkim Ələkbərov Nurəddin Rizvan oğlu rəhbərlik edir. KİM SAĞLAMDIRSA - O GƏNCDİR!
ARAYIŞ: Ələkbərov Nurəddin Rizvan oğlu 29 iyun 1958 - ci ildə Azərbaycanın dilbər guşələrindən hesab olunan Masallı rayonunun Boradigah kəndində dünyaya göz açıbdır. Böyüyüb boya - başa çatdığı mühit, maraqlı kənd həyatı, füsunkər təbiət onda tibb peşəsinə xüsusi maraq oyadıbdır. Orta məktəbi yüksək qiymətlərlə tamamlayan gənc Nurəddin 1975 - ci ildə çox nüfuzlu Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olubdur. 1982 - ci ildə ADTU - ni müvəffəqiyətlə başa vuran gənc narkoloq - həkim elə həmin il Yevlax rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıbdır. 1985 - ci ildə Nurəddin həkim Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkimlik fəaliyyətini davam etdiribdir. O, 1 oktyabr 1992 - ci il tarixində “Mingəçevir şəhər - Rayonlararası Narkoloji Dispanseri”nə Baş həkim təyin olunubdur və bu günə qədər öz işini və peşəsini şərəf və ləyaqətlə yerinə yetirir. Ailəlidir. Beş övlad atasıdır.
Nəzəri baxımdan sadə, lakin təcrübü baxımdan şox çətin və məsuliyyətli bir tibb müəssisəsinə 30 il rəhbərlik etmək, həm tibb kollektivinin, həm xəstələrin, həm də onların yaxınlarının rəğbətini qazanmaq, ümumiyyətlə, yüksək nəticəyə nail olmaq hər kəsə qismət olmur.
Jurnalist etikasına, jurnalistikanın janr prinsipinə, o cümlədən bu tibb müəssisəsinin daxili qanunlarına (anonimliyə: - V. P.) hörmətlə yanaşaraq hər hansı bir xəstənin ad və soyadını çəkmədən belə bir fikirdən yan keçməli oldum. Elə buna görə də, orda müalicə alan xəstələrin, onların doğma və yaxınlarının adını şərti olaraq Ağayev Nazim adlandıraraq aldığım rəy və fikirləri ümumi formada qeyd etmək qərarına gəldim. Ağayev Nazim dedi:
-Heç kəs istəməz ki, onun yaxını və ya doğması belə bir ağır ad daşıyan tibb ocağında müalicə alsın. Ancaq həyatın öz nizami, öz qayda - qanunları, öz prinsipi var. Bundan isə həmişə qaçmaq, yaxa qutarmaq mümkün olmur. O ki, qaldı burda bizim yaxın və doğmalarımıza göstərilən diqqət və qayğıya, bunu adi sözlə demək çox çətindir. Yaxın və doğmalarımızdan aldığımız məlumatlara əsasən, - deyə, - bilərəm ki, burda göstərilən müalicəyə görə dövlətimizə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çox minnətdarıq. Beləki, burda xəstələr dövlət hesabına gündə üç dəfə isti yeməklə, 24 saat qaynar çayla, dəriman - preparatları ilə pulsuz və təmmanəsiz təmin olunurlar. Xəstəxanada gigiyena qaydalarına tam əməl olunur. Həkim - tibb personalı, həmçinin xəstəxananın bütün kollektivi, tutduqları vəzifələrindən asılı olmayaraq xəstələrlə, o cümlədən bizimlə çox xoş və yaxşı ünsiyyət qururlar. Sözsüz ki, bütün bunlar Baş həkim Ələkbərov Nurəddin Rizvan oğlunun çox illik təcrübəsi, sənətinə olan sevgisi, insanpərvərliyi və alicənablığı nəticəsində mümkün olur. Biz əminik ki, yaxınlarımız və doğmalarımız buranı tam cağalaraq tərk edəcəklər, cəmiyyətdə öz layiq olduqları yeri tuta biləcəklər və birdə heç vaxt bura qayıtmayacaqlar. Prezidentimizə, dövlətimizə, xəstəxananın rəhbərliyinə, kollektivinə təşəkkür edirik...
Əlbəttə, “Mingəçevir şəhər - Rayonlararası Narkoloji Dispanseri”nin Baş həkimi, narkoloq - həkim Ələkbərov Nurəddin Rizvan oğlunun fikirlərini öyrənmədən müsahibəni tamamlaya bilməzdim Odur ki, çox sadə bir sualla ona müraciət etdim:
-Hurəddin həkim, anonimlik tam təmin olunmaq şərti ilə bir neçə tibb personalının, xəstələrin, həmçinin, onların doğma və yaxınlarının fikir və rəylərini öyrəndim. Hamı sizin bir rəhbər, bir peşəkar və bir insan kimi yüksək bacarığınızdan, istedadınızdan və məsuliyyətinizdən ürək dolusu danışdılar. Bunun sirri nədədir?
-Açığını deyim ki, bunun heç bir sirri yoxdur. Sadəcə olaraq, gərək öz sənətinin vurğunu olasan, rəhbərlik etdiyin kollektivi yaxın adamların kimi qəbul edəsən, üzərinə düşən məsuliyyəi dərk edəsən, dövlətin sənə həvalə etdiyi işə canla - başla yanaşasan. Mən, buranın qapısından içəri daxil olandan və həmin qapını tərk edib gedənə qədər buranı öz evim kimi qəbul edirəm və hər kəs mənim üçün doğmadır. Bu, mənim həyat fəlsəfəmdir. Bütün ömrüm boyu belə işləmişəm və bu gündən sonra da belə işləyəcəm. Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan dövlətinə bizə göstərdikləri inama, diqqət və qayğıya görə şəxsən öz adımdan, o cümlədən kollektivimiz adandan təşəkkür edirəm...

10.08.2022.

Veydəddin Pirəliyev (Vidadi Həsənoğlu)
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, şair, yazıçı, publisist.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ