Sizin reklam burada
Sizin reklam burada

"Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən."

"Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən."Qazilərə diqqət və qayğı Respublika Psixatriya Xəstəxanasında priaritet vəzifə hesab olunur

Azərbaycan Səhiyyəsinin qabaqcıl müəssisələrindən biri və birincisi olan Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxs haqqında hər dəfə əlimə qələm alıb yazanda sanki bir anlıq vicdanım qarşısında hesabat verirəm. Bu tibb ocağının 14 il əvvəlki vəziyyəti ilə bugünkü durumunu müqayisə edən hər kəs düşünürəm ki, mənə haqq qazandırar. Cənnətlə cəhənnəm qədər fərqli yol keçən sözügedən xəstəxanada ötən dövrdə baş verən yeniliklər, aparılan islahatlar sozün əsl mənasında bir sıçrayış, bir inqilab deməkdir. Bəs, bütün bunların əldə olunması hansı zərurətdən yarandı və buna necə nail olundu?
Elə "Atribut"un ənənəvi olaraq yazıya dönə-dönə qayıtması da son 14 ildə burada "Əkinçi" qəzetinin devizi ilə ifadə etsək, "kohnə qaydaların yeni qaydalarla əvəz olunması"ndan irəli gəlir. İstirahət mərkəzini dəlixanaya çevirməyə nə var ki, dəlixananı istirahət mərkəzinə çevirmək üçün güclü rəhbər təcrübəsi, yüksək pesəkarlıq gərəkdir. Məhz, son 14 ildə adı çəkilən xəstəxanada bütün bunlara imza atan bas direktor, Əməkdar Həkim Ağahəsən Rəsulovdur.
Hələ bir necə il əvvəl biz onunla görüsüb görülən işlərlə, həyata keçirilən tədbirlərlə bağlı söhbət edərkən, necə deyərlər, "-Sıfrın rəqəmə çevrilməsi"nə necə nail oldunuz?- sualını verəndə, o, tərəddüt etmədən, "-Gərək əyləşdiyin kreslonun xarakterini biləsən!"- cavabını verdi.
Bəli, A. Rəsulov əyləşdiyi kreslonun məsuliyyətini dərk edən vicdanlı rəhbərlərdəndir və elə bunun nəticəsidir ki, illərlə dağınıq, pərakəndə düşən kollektivi bir yerə yığmağı, həyətyanı sahəsini kol-kos, qamışlıq basmış, tülkü-çaqqal yuvası olan, kuçə itlərinin ovlağına-məkanına çevrilən, susuzluqdan torpağı çat-çat olan, eyni zamanda bəzi yerlərində qurunt suları yığılıb aylarla qalaraq iylənən, antisanitariya yaradan xəstəxananı qısa müddətə bu cür ürəkbulandıran mənzərədən xilas edərək, yeni su quyuları vurduraraq, yerli və dekorativ ağaclar, eləcə də mövsümü üzrə müxtəlif növ meyvə ağacları, zövq oxşayan güllər-çiçəklər əkdirərək, onlara xüsusi qulluq etdirərək cənnətin özünü yaratdı. İndi təkcə 25 hektarlıq sahədə 27 mindən çox agac əkilən bu əraziyə ayaq basan hər kəs özunü hansısa istirahət mərkəzində, təbiətin ahənrudə gözəlliyində hiss edir. Elə burada müalicə alan xəstələr də bu mənzərədən zövq alaraq bir anlıq acılarını, ağrılarını, əsəblərini unudur, sağlam həyata-çöl həyatına meyllənirlər. Bas direktor bununla kifayətlənməyərək, ruhi-əsəb xəstələrinin təbii müalicəsi məqsədilə ərazidə iki iri hovuz tikdirərək icərisinə müxtəlif növ balıq buraxdırıb ki, bu da insan ruhunun rahtlığı, əsəblərin sakitləşməsi üçün mükəmməl müalicə üsuludur.
Burada, eyni zamanda 10-a yaxın müxtəlif peşə üzrə dərnəklər də yaradılıb ki, həmin dərnəklərə cəlb edilən pasiyentlər nəinki bununla sağlamlıqlarını qazanırlar, eyni zamanda onların əl işləri dəfələrlə Respublika səviyyəsində geniş sərgilərə çıxarılaraq aidiyyatı şəxslər tərəfindən layiqincə dəyərləndirilib.
"Patntomimo" ifaçıları isə xəstəxana adına böyük uğur qazandırıb.
"Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən."
Qazilərə diqqət və qayğı

44 günlük Vətən müharibəsində Xəstəxana kollektivi arxa cəbhədə yetərincə fədakarlıq göstərmiş və bu gün burada qazilərə göstərilən diqqət və qayğı fonunda kollektiv vətənpərvər missiyasını davam etdirməkdədir. Ağır bas-beyin travması, qəlpə yarası almış Vətən oğullarının ağxalatlılar burada necə deyərlər, nazıyla oynayır, onlara sağlam həyata qayıtmaları üçün əllərindən gələni əsirgəmirlər. Buna bir neçə qazi ilə görüsüb söhbət efərkən bir daha əmin olduq.
Həmsöhbət olduğumuz qazilər onu da vurğuladılar ki, hələ də hər gün qazi axını davam edən xəstəxaya istər qəbul zamanı, istərsə də mualicə aldıqları müddətdə kollektiv onlarla son dərəcə həssas davranır, tibbin müasir imkanları daxilində lazımi xidmətlər göstərilir və ən əsası burada onlara heç bir ayrı-seçkilik edilmədən yüksək insanlıq nümunələri göstərilir.
Qazilər xəstəxana rəhbərliyinin, şəxsən onları qəbul etdiyini və hər gün səhhətləri ilə maraqlandığını da dilə gətirdilər.
"Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən."
Bəradər Səməndərli
"Atributinfo.az"
"Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən.""Gərək, əyləşdiyin kreslonun xarakterini biləsən."

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ