Sizin reklam burada
Sizin reklam burada

Bakıda klinikaya müayinəyə gələn qadın özünü binadan atdı

Bakıda klinikaya müayinəyə gələn qadın özünü binadan atdı Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.
Klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.
Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Tibb Universitetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqnları araşdırma aparır.
Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ