Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Gömrük Hospitalında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş tədbir keçirilib 17 iyun 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ilk öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına ünvanladığı təbrik məktubu səsləndirilib. Məktubda Mərkəzi Gömrük Hospitalının dayanıqlı və nümunəvi fəaliyyəti ilə ölkəmizdəki səhiyyə ocaqları arasında qabaqcıl yerlərdən birini tutduğunu vurğulayan Səfər Mehdiyev peşə bayramı münasibətilə tibb işçilərini təbrik edib və onlara uğurlar arzu edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında aparılan genişmiqyaslı səhiyyə islahatlarının milli səhiyyə sistemimizin sürətli inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Tibb Xidmət İdarəsinin, eləcə də onun Mərkəzi Hospitalının da bu inkişafdan geri qalmadığını qeyd edən C.Məmmədov bu uğurlu fəaliyyətin təşkilində hər bir əməkdaşın xüsusi rolu olduğunu vurğulayıb. O, çıxışının sonunda Tibbi Xidmət İdarəsinin və onun Mərkəzi Hospitalının əməkdaşlarını Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində davamlı uğur və inkişaf arzu edib.
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov da tədbirdə çıxış edərək ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında təsis olunan bu əlamətdar günün tarixi barədə məlumat verib, Hospitalda göstərilən tibbi xidmətlərin uğurlu təşkilində əlaqələndirilmiş işin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, peşəkar tibbi xidmətlərin göstərilməsində əməyi olan hərkəsi peşə bayramı günü münasibətilə təbrik edib və bu uğurlu fəaliyyətin davamlı olacağına inandığını qeyd edib.
Daha sonra tədbirdə Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının iş fəaliyyətini əks etdirən video-rolik nümayiş olunub. Tədbirdə eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalın Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Mərkəzi Gömrük Hospitalının Tibbi Yardımın Keyfiyyətinə Nəzarət şöbəsinin rəisi Şəlalə Həsənova, Mərkəzi Gömrük Hospitalının radioloqu Emin Məmmədov, Mərkəzi Gömrük Hospitalın Alqı-satqı və Təchizat şöbəsinin rəisi Rəşad Fərəcov, Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova da təbrik nitqi ilə çıxış ediblər. Onlar tibb işçilərinə göstərilən diqqət, qayğı və ehtimada görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədova dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik Yubiley medalı”, “Gömrük xidməti əlaçısı” döş nişanı, növbəti xüsusi rütbəsi vaxtından əvvəl verilən, növbəti xüsusi rütbə tutduğu vəzifədən bir pillə yuxarı verilən, Fəxri Fərman və Dövlət Gömrük Komitəsinin “Təşəkkürü” ilə təltif edilən əməkdaşların adları elan edilib.
Ümumilikdə 91 nəfərin təltif olunduğu tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ