
Bu barədə "Lancet" elmi nəşri yazır.
"Həmkarlarımız bu meymun çiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.
O, qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.
Tekovirimat insan çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, brincidofovir isə o qədər də effektiv vasitə olmadığı üzə çıxıb. Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymun çiçəyi də tekovirimat preparatı ilə müalicə olunacaq.