Sizin reklam burada
Sizin reklam burada

Respublika Psixiatriya Xəstəxanasının dünəni, bu günü və sabahı

Respublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahı Artıq 14 ilə yaxındır ki, "Atribut" ənənəvi olaraq Azərbaycan səhiyyəsinin qabaqcil tibb ocaqlarından olan Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsin fəaliyyət perspektivlərini işıqlandırır, burada həyata keçirilən və günü gündən yenilənən müasir tibbi profilaktik tədbirlərdən söz açır. Heç şübhəsiz əldə olunan nailiyyətlər ölkə rəhbərinin göstərişlərinə uyğun olaraq, Səhiyyə Nazirliyinin diqqət və qayğısı sayəsində baş direktor, Əməkdar həkim Ağahəsən Rəsulovun təcrübəli və qətiyyətli rəhbər fəaliyyətinin uğurlu nəticələrindən irəli gəlir. Ötən 14 il müddətində, yəni adı cəkilən şəxsin bu tibb müəssisəsinə rəhbər təyin olunduğu vaxtadan bu günədək "Əkinçi" qəzetinin məqsəd və məramına uyğun olaraq köhnə qaydalar təzə qaydalarla əvəz olunmuşdur. O illərdə cəhalət basmış, gözdən-könüldən uzaq düşmüş, baxımsız bir məkan indi əsl cənnət məkana, güllü-gülüstana dönüb. Mətləbə keçməzdən əvvəl istərdim baş direktor Ağahəsən Rəsulov barədə bir neçə sözlə tanışlığı təzələyəm:
Rəsulov Ağahəsən Rəsul oğlu
2008-ci ildən Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışır. Tibb elmləri namizədi, onlarla elmi məqalələri dərc olunmuş, dəfələrlə xaricdə beynəlxalq elmi konfrans və simpoziumların diplomları ilə təltif olunmuşdur. 30 ildən çox səhiyyəmizdə xüsusilə də psixiatriya sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2011-ci il tarixli sərəncamı ilə Əməkdar Həkim fəxri adı ilə təltif olunmuşdur.

Xəstəxananın yaranma tarixi və fəaliyyət prinsipləri

Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxs 1936-cı ildən fəaliyyət göstərir. 100 çarpayılıq 3 şöbə ilə fəaliyyətə başlasa da, hazırda burada ümumi çarpayıların sayı 2030 olmaqla, 31 şöbə fəaliyyət göstərir. Xəstəxananın 7 qadın, 12 kişi, 3 vərəm, uşaq, yeniyetmə, nevroloji, yoluxucu xəstəliklər, məcburi müalicə şöbələri, 2 heronlotoji, qəbul, gündüz stasionar şöbələri, fizioterapiya, şüa diaqnostika, aptek, laboratoriya, eyni zamanda müasir standartlara cavab verən geniş mətbəx xəstələrə yüksək səviyyədə xidmət göstərir. Eyni zamanda, xəstəxana müalicə olunan pasiyentlər arasında 300-dən çox sosial əlaqələrini itirmiş xəstələrə sahiblik edir. Sözügedən xəstəxananın fəaliyyətində müalicə ilə yanaşı, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması da daim ön plandadır. Belə ki, həkimlər Rusiya, Türkiyə və bir çox Avropa ölkələrində dəfələrlə təkmilləşdirmə kursları keçmiş, konfrans və simpoziumlarda iştirak etmişlər. Bununla yanaşı, dünyanın bir çox aparıcı klinikalarının professor və həkim heyəti xəstəxanaya dəvət olunmuş və elmi-praktik konfranslar təşkil olunmuşdur. Baş həkimin düzgun fəaliyyət istiqamətləri və təcrübəli rəhbər mövqeyindən, problemləri rahbərlik qarşısında düzgün və zamanında qaldırmasının nəticəsi olaraq xəstəxana son 2008-2017-ci illərdə əsaslı təmir olunmuş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
Təkcə 2019-cu ilin statistikasına nəzər salsaq görərik ki, burada 2258 nəfər xəstə müalicə alır, işçi heyətinin sayı isə 869 nəfərdir.

Xəstəxanada aparılan müalicə metodları

Sözügedən tibb ocağında müalicə aşağıda sadalayacağımız bir neçə üsuldan ibarətdir;
Medikamentoz- psixotrop dərmanlarla müalicə adlanan anlayışdır. Məlumat ücün bildirmək istərdik ki, xəstəxanada aparılan dərman müalicəsində son nəsil antipsixotiklərdən, müasir antidepressantlardan və digər əhval-ruhiyyə stabilizatorlardan, trankvilizatorlardan, neyroprotektorlardan və nootroplardan istifadə etməklə aparılır. Daha sonra psixoterapevtik metodlardan istifadə edilir ki, bu tip dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə xəstələr psixoterapiyaya, məsələn, qrup və individual psixoterapiya, koqnitiv psixoterapiya, idman növləri kimi müalicəyə cəlb olunurlar.

Reabilitasiya işləri

Uzun fasilədən sonra 2012-ci ildə xəstəxanada yenidən yaradılmış Psixososial Reablitasiya Mərkəzində xəstələr reablitasiyanın bir çox növləri ilə-teatr və musiqi terapiyası, xalçaçılıq, rəsm, dulusçuluq, heykəltaraşlıq, ebru sənəti, əl işləri və sairlə məşğul olurlar. Bundan əlavə bütün şöbələrdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur ki, xəstələr şöbə daxilində həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar.
Digər terapiya növü Elektro Konvulsiv
Terapiya (EKT) adlanır. Onu da xüsusi olaraq qeyd etmək istərdik ki,
Azərbaycan Psixiatriya tarixində ilk dəfə Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsdə Elektro Konvulsiv Terapiya kabineti yaradılmışdır. EKT kabineti ən son avadanlıqlarla təchiz olunmuşdur.
Eyni zamanda xəstəxanada "Əmək terapiyası" fəaliyyət göstərir. Ənənəvi olan "Əmək Terapiyası" xəstəxanada hələ keçən əsrin ortalarından istifadə olunur. Bu metodla əmək qabiliyyəti olan xəstələr "Əmək Terapiyası"na cəlb olunur. Bu terapiyanın xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya edilməsində rolu danılmazdır.
Əlbəttə, terapiya növləri bununla bitmir. "Atribut"un ötən saylarında bu barədə genis söz açdığımızdan təkrarçılığa yol vermək istəmirik. Ötən saylarımızda həmçinin burada 44 günlük Vətən Müharibəsində hünər, rəşadət göstərən yaralı Qazilərə gostərilən xüsusi diqət və qayğıdan da donə-dönə söz açdığımızdan bu mövzuya da toxunmaq istəmirik. Lakin bir cümləylə vurğulamaq istəyirik ki, Qazilərə diqqət və qayğı, onların ciddi şəkildə müayinə və müalicələri davam etməkdədir.

Bəradər Səməndərli
"Atribut" qəzeti
Respublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahıRespublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahıRespublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahıRespublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahıRespublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahıRespublika Psixiatriya Xəstəxanasının  dünəni, bu günü və sabahı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ