
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, maaşın yuxarı həddi 665 manatdan 7123 manata çatdırılıb:
“Son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb. Bu da təxminən 49 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.