Sizin reklam burada
Sizin reklam burada

Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:
“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ