Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB Ötən gün Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında iftar süfrəsində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə AQTA-dan bildirilib.
Qurumdan verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
***
saat 09:09
Göyçayda kütləvi zəhərlənmə olub.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.
Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ