Sizin reklam burada
Sizin reklam burada

BAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏR

BAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRRəhbər yerində olanda...

Artıq qışın soyu nəfəsi arxada qalır. Baharın gəlişi təbiəti qış yuxusundan oyandırıb. Ağaclar, yamaclar, güllər-çiçəklər, çöllər-çəmənlər yamyaşıl donunu geyinməyə, hər yan yenidən al-əlvan rəngə boyanmağa başlayıb. Belə bir məqamda baharın ahənrudə gözəlliyi Bakının Maştağa qəsəbəsindəki Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi Şəxsin həyətyanı sahəsində adamı sözün əsl mənasında valeh edir. İlk baxışdan hansısa inkişaf etmiş, yüksək səviyyəli sanatoriya və ya istirahət mərkəzini xatırladan bu məkanda elə bir zəngin estetik və ekoloji mühit yaradılıb ki, onu sözlə ifadə etmək mümkünsüzdür. Bax, sağlamlıq ocağı buna deyərlər. Və bu yerdəcə, istərdim 11-12 il arxya, sözügedən tibb müəssisəsinin yaxın keçmişinə dönüş edək...
Təbii ki, yazıya əlavə etdiyim şəkillərdən də göründüyü kimi, hər yan ürək bulandıran mənzərə, aylarla gölməçə şəklində yığılıb qalan, üfunət qoxuyan, antisanitariya yaradan qurunt suları, illərlə kok salmış kol-kos, qamışlıq, susuzluqdan torpaqları çat-çat olan və küçə itlərinin məskən saldığı, gözdən, konuldən uzaq düşən baxımsız ərazi, dağınıq idarəetmə, pərakəndə kollektiv, daha nələr, nələr...

Bəs bütün bunlara necə son qoyuldu?

Uzun illər səriştəsiz rəhbərlər üzundən əsl dəlixana həyatı hökm sürən bu məkana nəhayət, rəhbərlik tərəfindən vicdanlı, namuslu, əqidəli, xalqını, millətini, dövlətini candan sevən və bu sevgini fəaliyyəti boyunca əməli şəkildə sübut edən, ortaya qoyan, alicənab insan, Əməkdar Həkim Ağahəsən Rəsulov təyin olundu.
Bu insanın rəhbər təyin olunandan hazırkı vaxtadək gördüyü işləri, həyata keçirdiyi tibbi-prifilaktik tədbirləri, nail olduğu yenilikləri, yaratdığı ekoloji zəngin mənzərəni, ən nəhayət, işini bilən, peşəkar, möhkəm kollektivi bir araya gətirməsini, formalaşdırmasını sözün əsl mənasında inqilab, sıçrayış adlandırmaq olar. Hələ, bir neçə il əvvəl A. Rəsulovla görülən yeniliklərlə bağlı görüşüb söhbət edərkən, ona bütün bunlara necə nail oldunuz?- sualını ünvanlayanda o, tərəddüt etmədən "Gərək, hər şeydən əvvəl əyləşdiyin kreslonun xarakterini biləsən"-dedi.
Beləcə, sözügedən Publik Hüquqi Şəxsin baş direktoru yorulmaq bilmədən, bütün bacarıq və səyini əsirgəmədən bşçılıq etdiyi tibb müəssisəsinin işıqlı sabahı, pasiyentlərin sağlam həyatı naminə fəliyyət proqramını günü-gündən genişləndirməyə, yeni-yeni müalicə üsullarını tətbiq etməyə davam etdi. Burada ruhi-əsəb xəstələrinin təbii müalicəsi məqsədilə 8-10 növdə dərnəklər təşkil etdi. Gülüş, kino, tetr, duluzçuluq, toxuculuq, rəssamlıq kimi dərnəklər xəstələrin eyni zamanda əqli inkişflrinda, peşə bacarıqlarının artırılmasında, həyata sağlam baxışlarının formalaşmsında qısa müddətə öz müsbət nəticəsini göstərdi. Pasiyentlərin əl əməyindən, peşə bcarığıdan irəli gələn nümunələr Şəhər mərkəzində geniş sərgiyə çıxarıldı, cəmiyyət tərəfindən, ixtisaslı insanlar və tanınmış şəxslər tərəfindən çox yüksək qarşılandı. Xəstəxananın xüsusi yetişdirilmiş pasiyentlərinin ifasında "Pantamimo" teatrı Alman səfirliyinin mədəniyyət sarayında səhnəyə çıxarılaraq böyük tamaşçı rəğbəti qazandı.
Az keçmədi çöl həyatına hazır xəstələrin sayı artmağa başladı.

Baş direktor bununla kifayətlənmədi. O, ucu-bucağı olmayan geniş həyətyanı sahədə yaratdığı zəngin ekoloji guşələr, əkdirdiyi hər mövsümə uyğun meyvə ğacları, eləcə də dekorativ ağaclar, estetik gözəllik bəxş edən müxtəlif növ güllər-çiçəklərlə yanaşı, iki iri hovuz da tikdirdi və içərisində müxtəlif növ balıqlar yetisdirdi ki, bütün bunlar həm buralara ayaq basan yerli və xarici qonaqların, həm xəstələrin valideynlərinin və həm də xəstələrin əhval-ruhiyyəsinə bir rahatlıq gətirir.

Qazilərə yuksək diqqət və qayğı ağxalarlıların işinin əsas qayəsidir

Yeri gəlmişkən, istər pandemiya və ya postpandemiya, istərsə də 44 gunlük Vətən müharibəsi və ya post müharibə dövründə Xəstəxana üzərinə düşən missiyanı uğurla və şərəflə yerinə yetirmiş, hal hazırda davam etdirməkdədir. Xüsusilə, müharibə zamanı yaralanmış Qazilərə müayinə və müalicə müddətində burada tibbi personaj tərəfindənən yuksək səviyyədə diqqət və qayğı göstərilir, tibbin imkan verdiyi butün tədbirlər həyata keçirilir. Bunu Qazilərin öz dillərindən eşitmək bizi sözun əsl mənasinda fərəhləndirdi. Elə buradaca yazıya son qoymaq deyil, noqtə qoymaq qərarına gəldik.
Ardı olacaq.

Bəradər SƏMƏNDƏRLİ
"Atribut" qəzeti

BAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏRBAX, SAĞLAMLIQ OCAĞI BUNA DEYƏRLƏR

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ