Sizin reklam burada
Sizin reklam burada

Rayon xəstəxanalarında "Pfizer" çatışmazlığı var? - AÇIQLAMA

Rayon xəstəxanalarında "Pfizer" çatışmazlığı var? - AÇIQLAMA "Pfizer-Biontech" vaksini regionlar üzrə təyin olunan tibb müəssisələrinə təhvil verilir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir.
"Agentlik tərəfindən alınan vaksinlər seriya üzrə son istifadə tarixi qeyd edilməklə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən Səhiyyə Nazirliyinə təhvil verilir və vaksinlərin tibb müəssisələrinə bölgüsü bu qurum tərəfindən həyata keçirilir", - deyə məlumatda bildirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ