Sizin reklam burada
Sizin reklam burada

Qaraciyərin fəaliyyətini yaxşılaşdırmağın yolları açıqlanıb

Qaraciyərin fəaliyyətini yaxşılaşdırmağın yolları açıqlanıb Balanslaşdırılmış qidalanma qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa kğmək edir.
Bunu rusiyalı həkim Sergey Andreyev "Qovorit Moskva" radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, qida rasionundan acılı, yağlı, hisə verilmiş və qızardılmış məmulatları çıxarmaq lazımdır. Qaraciyərin funksiyalarını bərpa etmək üçün dərman qəbul etmək lazım deyil, çünki orqan özü özünü bərpa edir.
"Qaraciyər özünü bərpa etmək qabiliyyətinə malikdir. Onu bərpa etməyin yeganə yolu düzgün qidalanmadır - həddindən artıq acılı, yağlı qidalardan, hisə verilmiş və qızardılmış məmulatların qəbulundan çəkinmək lazımdır", - deyə mütəxəssis vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ