
Düz 12 iki il əvvəl cəhalət basmış bu tibb müəssisəsinə bundan əvvəl 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına rəhbərlik edən Əməkdar Həkim Ağahəsən Rəsulov baş həkim təyin edildi. Elə cəhalətdən inkişafa əsas yol da həmin təqvimdən başlandı.
İlk gündən, neçə deyərlər, qolunu çıxmayıb işə başlayan baş həkim başlıca problemləri aradan qaldırmağa start verdi. İllərlə dağınıq, pərakəndə düşən çoxsaylı kollektivi bir araya gətirdi, onlarla lazımi inzibati söhbətlər apardı, vəzifə səlahiyyətlərinin məsuliyyətini təhlil etdi, nəhayət...qısa zamanda rəhbər-kollektiv münasibətlərində bir anlaşmaya, birliyə, möhkəmliyə nail oldu. O, ölkə rəhbərliyinin və Səhiyyə Nazirliyinin diqqət və qayğısına əsaslanaraq paralel şəkildə həm divarları uculub dağılan köhnə korpusların təmir bərpasını, bəzi tamam yarasızların isə yenidən tikintisini, həm də illərlə gözdən-konüldən uzaq düşmüş, baxımsız həyətyanı sahənin abadlaşdırılmasını həyata keçirməyə başladı. Eyni zamanda, A. Rəsulov burada xəstələrin qısa zamanda şəfa taparaq çöl həyatına qayıtmaları naminə onlara tibbin ən müasir imkanları səviyyəsində müalicə üsullarının tətbiqinə start verdi. Baş həkim müalicə məqsədilə, həmçinin müxtəlif növ dərnəklər yaradaraq, xəstələrdən bacarıq və qabiliyyətlərinə uyğun olanları bu dərnəklərə cəlb etdi. Bundan əlavə o, həyətyanı sahədə içərisində müxtəlif növ balıqlar saxlanan iki genis həcmli hovuzun yaradılmasına nail oldu ki, bu da sözün əsl mənasında ruhi-əsəb xəstələrinə bir rahatlıq gətirir.
GÖRÜLƏN İŞLƏR BUNUNLA BİTMİR
Ötən saylarımızda qeyd etdiyimiz kimi, Xəstəxana rəhbəri, hətta xarici səfərlərdə olduğu hər bir olkədən dekorativ ağaclar gətirərək burada yetişdirmiş, eyni zamanda ilin hər bir fəslinə uyğun müxtəlif meyvə ağacları, həmişə yaşıl ağaclar yetişdirmişdir ki, nəticədə əsl cənnət məkana bənzəyən həyətyanı sahədə bir ekzotika yaranıbdır. Xəstələrə baş çəkməyə gələn insanlar təbiətin ahənrudə gözəlliyindən xususi zövq alırlar.
QAZİLƏR ONLARA GOSTƏRİLƏN DİQQƏT VƏ QAYĞIDAN DANIŞDILAR
44 günlük Vətən müharibəsində yaralanan Qazilərin müayinə və müalicə üçün ən çox üz tutduqları səhiyyə ocaqlarından biri də məhz haqqında söz açdığımız Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdir. Burada onlara göstərilən yüksək diqqət və qayğı isə göz önündədir. Xəstəxananın təcrübəli psixatrları tərəfindən Qazilərə təkcə nümunəvi tibb xidməti göstərilmir, eyni zamanda onların burada rahat müalicə almaları və müayinə olunmaları üçün zəruri olan bütün imkanlar yaradılır, xüsusi nəvaziş göstərilir. Ötən gün sözügedən Xəstəxanada bir neçə Qazi ilə görüşüb söhbət edərkən dediklərimizi onlar bir daha təsdiq etdilər, göstərilən qayğı və diqqətə görə Xəstəxana rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. İstər qəbul otağında, istərsə də yerləşdirildikləri korpuslarda tibb işçilərinin xidmətindən razı qaldıqlarını və bütün bunları Qazilərin timsalında Vətənə xidmət kimi dəyərləndirdiklərini dilə gətirdilər.
P.S. Əlbəttə, bu cür nümunəvi tibb ocaqlarının fəaliyyətindən söz açmaq bizim üçün də şərəfdir!
Yazının davamı olacaq. Bizi izləyin!
Bəradər SƏMƏNDƏRLİ







