Sizin reklam burada
Sizin reklam burada

Pressxəbər.az saytının baş redaktoru baş həkimi şantaj edir

Pressxəbər.az saytının baş redaktoru baş həkimi şantaj edirPressxəbər.az saytının baş redaktoru Nüsrərt Sakitoğlu narkoloji dispanserin baş həkimi Orxan Cəfərovu şantaj edib və onunla bağlı sosial şəbəkələrdə əsassız məlumatlar yayıb. Bu barədə baş həkim özü məlumat verib. O, bildirib ki, Nüsrət Sakitoğlu fakta əsaslanmayan çəkilişlər apararaq baş həkimə göndərib və daha sonra xəstəxanaya gələrək pul tələb edib, pul verməyəcəyi təqdirdə isə həmin çəkilişləri yayacağını bildirb. Baş həkim pul vermədiyinə görə isə həmin çəkilişləri sosial şəbəkələrdə yayıb. Baş həkim bildirib ki, Nüsrət Sakitoğlu xəstəxanaya pul tələb etməyə gəldiyi zaman xəstəxananın təhlükəsizlik kameralarına düşüb və bu barədə videogörüntüləri  var: “Hazırda xəstəxanada 415 xəstə yerləşdirmişik. Hər ay 600-650- nəfər xəstə müalicə olunaraq evə buraxılır. İddia edildiyi kimi bir durum olsaydı müalicə üçün xəstəxanaya bu qədər xəstə müraciət etməzdi. Xəstələrə yüksək səviyyədə xidmət edilir və heç bir xəstə nəzarətsiz qalmır”.
Baş həkim əlavə edib ki, Nüsrət Sakitoğlunun həyat yoldaşı, xəstəxanada sanitar vəzifəsində çalışan Xatirə Manafova yanvarın 8-də  xəstənin yeməyini oğurlayıb və digər sanitarla bölüşdürərək yeyiblər: “Bazar günü bu işin üstü açılıb. İşin üstünü açan da videoada adı çəkilən Vüsal olub. Ona görə də Vüsalın adını çəkir. Nəzarət isə Ramilə adında tibb bacısına tapşırılıb. Ona görə də bu Xatirə Manafovanın xoşuna gəlməyib. Oğurluq faktı mənə deyiləndə, mən də bildirdim ki, kadrlar şöbəsinə gələrək izahatını yazsın. Bu da rəhbərliyin dediyinə məhəl qoymayıb  və bildirib ki, “ərim jurnalistdir, buna görə də mənə burada heç kim heç nə edə bilməz. Heç kim mənə izahat yazdıra bilməz”. 
O xanımın fəaliyyət göstərdiyi şöbəni dəyişmişik. Bildirib ki, “əvvəlki şöbəyə qaytarmasalar çəkilişlər davam edəcək”. 
Mən Xatirə Manafovaya oğurluq faktına görə, izahat verməli olduğunu deyəndən sonra əri mənə zəng vuraraq “mən sizin yanınızda olmuşam. Mən burada çox şeyi bilirəm, görmüşəm. Gör indi mən nə edəcəm”, - deyə məni təhdid etdi. Bundan sonra da xəstəxananın qarşısında dayanıb darvazanı çəkib və videoda böhtan dolu çıxışlar edib. 
Bu reket jurnalistdir və belə hərəkətlər bütün medianın nüfuzuna zərbə vurur. 
Biz Xatirə Manafovaya töhmət verib, başqa şöbəyə keçirmişik. O da deyir ki, “orada xəstə çoxdur, mən orada işləyə bilmərəm. Baş həkim məni öz şöbəmə qaytaracaq. Qaytarmasa yenə də videolar çəkib yayacağıq”.
Belə şantajla məşğul olur.
Onu da nəzərinizə çatdırım ki, özünü jurnalist kimi təqdim edən Nüsrət adlı şəxs yanvarın 4-də mənim yanıma gəlmişdi. Gəlib psixatriya xəstəxanasına bir xəstə yerləşdirilməsini xahiş elədi. Mən də oranın baş həkiminə zəng vurub xahiş etdim və xəstəni ora yerləşdirdilər. Bundan sonra isə məndən pul almağa çalışdı. Mən də pul vermədim və onu yola saldım. 
Videoda üzü qapalı müsahibə verən xəstə isə bizdə müalicə alıb. O xəstənin anası 3-4 dəfə bizə zəng vuraraq təşəkkür edib. Hazırda xəstənin vəziyyəti normaldır. Həmin xəstə əvvəl Nüsrət Sakitoğlunun operatoru olub. Onunla əlqə saxlanıldı və niyə belə etdiyi soruşuldu. Dedi ki “istəmirdim belə edim. Nüsrət mənim müdirim olub, istəmədən etdim” və üzr istəyərək bildirdi ki videonu silib”.
Pressxəbər.az saytının baş redaktoru baş həkimi şantaj edir
https://m.facebook.com/story.php?story_fbid=1630361327308328&id=100010034286124&sfnsn=mo


 

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ