Sizin reklam burada
Sizin reklam burada

Şəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilib

Şəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilib Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat Sahibə Qafarovanın təşəbbüsü ilə noyabr ayında Şəmkir rayonunda vətəndaşların göz xəstəliklərinin pulsuz müayinəsi təşkil olunmuşdu. "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimləri tərəfindən karantin qaydalarına uyğun olaraq, həyata keçirilən müayinələrdə əsasən şəhid ailələri, müharibədə sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 240 nəfərdən çox rayon sakini iştirak etmişdi. Aksiya zamanı qeyd olunmuşdu ki, həkim heyəti tərəfindən əməliyyat olunması tövsiyə edilən sakinlərin pulsuz zəruri cərrahiyyə əməliyyatı aparılacaq.
Bu günlərdə isə həmin sakinlər "Dünyagöz" xəstəxanasında pulsuz əməliyyat olunublar. Onlar əməliyyatdan sonra zəruri dərman və eynəklərlə də təmin ediliblər.
Milli Məclisin sədri Sahibə Qafarova əməliyyat olunan sakinlərin vəziyyəti ilə maraqlanıb, həmçinin aksiyaya dəstək verən "Dünyagöz" xəstəxanasının yüksəkixtisaslı həkimlərinə minnətdarlığını çatdırıb.
Sakinlər dövlətimiz tərəfindən reallaşdırılan tədbirlərdən sonsuz razılıqlarını ifadə edərək, müayinə və əməliyyatların təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Azərbaycanda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli sosial siyasət vətəndaşların rifah halının yüksəlməsi, geniş sosial müdafiə tədbirlərinin həyata keçirilməsi, müasir tələblərə cavab verən sosial infrastrukturun yaradılması, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların dövlət dəstəyi və diqqəti ilə əhatə olunması kimi məqsədləri ehtiva edir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən geniş dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə Birincivitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları əvəzsiz töhfələr verib. Şəmkir rayon sakinlərinin göz xəstəlikləri üzrə pulsuz müayinə və əməliyyatlarının keçirilməsi də ölkəmizdə reallaşdırılan sosial siyasətin məqsədlərinə uyğundur və bu kimi nəcib təşəbbüslərə dəstək xarakteri daşıyır.
Şəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilibŞəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilibŞəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilibŞəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilibŞəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilibŞəmkir rayon sakinlərinin göz xəstəliklərinin pulsuz müayinəsi və əməliyyatı həyata keçirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ