Sizin reklam burada
Sizin reklam burada

Dəm qazından zəhərlənmə zamanı nə etmək lazımdır?

Dəm qazından zəhərlənmə zamanı nə etmək lazımdır? Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiTibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyev ARB 24 kanalına “Dəm qazından zəhərlənmə zamanı xəstədə ağırlaşmaların olmaması üçün nə etmək lazımdır?” sualını cavablandırıb. Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənmələrin sayı artıb. Dəm qazı ən çox hamam otaqlarında yaranır. Bəzən zəhərlənən adamı hamam otağından çıxarmaq mümkün olur. Xəstə özünə gəlir və onun qohumları arxayınlaşır ki, bəla onlardan uzaqlaşdı. Çox təəssüf ki, bu çox səhv fikirdir. Çünki, dəm qazından zəhərlənmənin xüsusiyyəti odur ki, o qısa bir müddətdə ikinci mərhələyə keçir və artıq beyin gepoksiyası, toxuma gepoksiyası baş verir və bu xəstələrdə uzun müddət ikincili ağırlaşmalar – fəsadlar olur.
Hətta görmə qabiliyyətinin itirilməsi, beyin pozulmaları, iflic, ağır nevroloji zədələnmələr müşahidə edilə bilər. Ona görə də, zəhərlənmə zamanı qısamüddətli huşunu itirmə halı olsa da, bundan sonra xəstə tez bir zamanda özünə gəlsə də, mütləq həkim çağırılmalı, onu müayinə etməlidir.
Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiTibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr.İsmayıl Əfəndiyevin ARB 24 kanalına müsahibəsini Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyin. https://youtu.be/6n9LRZV8RfU

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ