Sizin reklam burada
Sizin reklam burada

Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildi

Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildi 44 günlük Vətən müharibəsi başlanan ilk gündən “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin bütün işçi personalı istər ön cəbhədə, istərsə də arxa cəbhədə əsl fədakarlıq nümunəsi göstərmiş, Ordumuzun yanında olmuş, yaralı qazilərimizə yüksək tibbi-psixoloji yardım göstərmiş və bu gün də qazilərin timsalında bu diqqət və qayğı davam etməkdədir. Ötən saylarımızda mövzuya dönə-dönə qayıtsaq da, "Atribut" və "Atributinfo.az" olaraq bu dəfə sözügedən Xəstəxanada keçirilən təntənəli Zəfər tədbirini oxucularla bölüşmək qərarına gəldik.
Tədbir, Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhunun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.
"Bu günlər xalqımız düşmən üzərində möhtəşəm tarixi Zəfər qələbəsinin sevincini yaşayır. Ötən il sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandanın irəli əmri ilə rəşadətli Ordumuzun erməni terroristlərinə qarşı başlanan əks-hücum hərbi əməliyyatı nəticəsində 30 illik həsrətə son qoyularaq yağmalanmış torpaqlarımız işğaldan azad olundu, düşmən döyüş meydanında acizanə şəkildə basıldı, və nəticədə üçrəngli bayrağımız yenidən doğma torpaqlarımızda dalğalanmağa başladı. Bəli, bu bizim Müzəffər Ali Baş Komandanımızın siyasi-diplomatik sərkərdə gücünün, rəşadətli Ordumuzun şücaətinin, hünərinin, xalqımızın birliyinin, sarsılmazlığının bariz nümunəsinin gerçək görüntüləri idi. "Torpaq, uğrunda ölən varsa, Vətəndir", demişlər. Bu yolda canını qurban verən Şəhidlərimiz heç zaman dövlətimiz, xalqımız tərəfindən unudulmayacaq, qazilərimiz başımızın tacı olacaq. Bizim hər birimiz onlara, igid döyüşçülərimizə borcluyuq. Onlar bizim düşmən qarşısında, dünya xalqları qarşısında alnımızı açıq etdi, başımızı dik tutdu, üçrəngli bayrağımızı ucaltdılar." Bu sözləri noyabrın 6-da “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru, Əməkdar Həkim Ağahəsən Rəsulov Xəstəxananın geniş akt zalında çıxışı zamanı söylədi. O, qeyd etdi ki, yenilməz Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günə xəyalı reala çevirdi, mümkünsüzü mümkün etdi, dünya dövlətləri qarşısında tarixi ədalətsizliyə son qoydu. Baş direktor Azərbaycanın bu haqq savaşında qardaş Türkiyə dövlətinin, Türk xalqının, eləcə də Pakistan dövlətinin sona qədər yanımızda olduğunu xüsusi vurğuladı. Ordu-xalq birliyinin "Dəmir yumruq" altında birləşərək düşməni rəzil şəkildə məğlubiyyətə uğratdığını bildirdi.
Tədbirdə iştirak edən Bakı şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş üzrə şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant Cavid Mövlud oğlu Fərhadov çıxışı zamanı Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğu" altında birləşən bütün dünya azərbaycanlılarının iradəsindən, düşmən üzərində yenilməz Ordumuzun tarixi qələbəsindən danışdı, bu möhtəşəm, tarixi qələbə sevincini bizlərə yaşadan və bu yolda qəhrəmancasına həlak olan Vətən mücahidlərinə, Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzuladı. Onların əziz xatirəsinin heç zaman xalqımız, dövlətimiz tərəfindən unudulmayacağını bildirdi.
Sonra Vətən müharibəsində iştirak edən və xüsusi fədakarlıq göstərən RPX publik hüquqi şəxsin kiçik tibb işçilərindən Əliağa Məmmədov, Musa Hüseynov, Şahin Yaminov, eləcə də "Şuşanın azad olunmasına görə" medalı və Azərbaycan bayrağı" ordeni ilə təltif olunan şəhid Rəşad Novruzovun anası İlahə Məmmədova çıxış edərək qalib Ordumuz tərəfindən düşmən üzərində qazanılan tarixi Zəfər təntənəsindən və bu yolda göstərdikləri qəhrəmanlıqlardan danışdılar, xəstəxana kollektivinin onlara göstərdiyi diqqət və qayğıya görə rəhbərliyə öz təşəkkürlərini bildirdilər. Onu da əlavə etmək istərdik ki, 2002-ci il təvəllüdlü, əslən Sabunçu rayonunun Maştağa qəsəbəsindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Rəşad Elşad oğlu Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sırasında iştirak edərək Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına vuruşmuşdur. R.Novruzov 9 noyabr 2020-ci ildə müharibənin son günündə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycanın igid əsgəri Rəşad Novruzov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə 05.11.2021-ci il tarixli Prezident Sərəncamı əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Zəfər tədbirində eyni zamanda, çıxış edən sözügedən xəstəxananın həkimlərindən Ədalət Xəlilov, Musa Musayev, Elxan Əsədov, Dilarə Cabbarova və başqaları Vətən mücahidlərinin qəhrəmanlıqlarından qürur hissi ilə danışdı, bu yolda canınından keçən Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı dilədilər. Sonda tədbir iştirakçılarina Xəstəxananın reabilitasiya şöbəsinin pasiyentləri tərəfindən xüsusi hazırlanmış "Xarı bülbül" əl işləri, Fəxri fərman, pul mükafatı və Həmkarlar İttifaqı tərəfindən digər hədiyyələr təqdim olundu.
Zəfər bayramınız mübarək!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın rəşadətli, qalib Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Bəradər SƏMƏNDƏRLİ

Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildiRespublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə təntənəli Zəfər tədbiri keçirildi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ