Sizin reklam burada
Sizin reklam burada

Respublika Psixiatriya Xəstəxanasında qazilərə göstərilən qayğı əsl vətənpərvərlik nümunəsidir

Respublika Psixiatriya Xəstəxanasında qazilərə göstərilən qayğı əsl vətənpərvərlik nümunəsidir Müharibə əsasən ön cəbhədə aparılsa da, Ordunun arxası boşdusa, o cəbhədə qələbədən söhbət gedə bilməz. Məhz, bu baxımdan arxa cəbhə ön cəbhənin bazasıdır desək, yəqin ki, yanılmarıq.
Ötən il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan daşnakları üzərində qələbə çalmasında və bu mənada 30 illik həsrətə son qoyaraq doğma torpaqlarımızın erməni vandallarından təmizlənməsində ön cəbhəylə yanaşı, arxa cəbhədə gecəsini gündüzünə qatan ağ xalatlıların da əməyini xüsusi qeyd etməliyik. Hər bir yaralı əsgər və zabitlərə tibbin tələbləri səviyyəsində təxirəsalınmaz yardım göstərən həkimlər diqqətdən yayınmamalıdır. Artıq postmüharibə dövrünü yaşayırıq. İnformasiya müharibəsinin isə hələ də davam etdiyi bir vaxtda 8 noyabr şanlı qələbəmizin birinci ildönümünə saylı günlər qalır. İnsafən desək, ağxalatlılar bu gün də öz işlərinin başındadılar, yaralı Qazilərimizin müayinə və müalicəsi ilə müntəzəm surətdə və ciddi şəkildə məşğurldular. Bunu Respublika Psixiatriya Klinikası Publik Hüquqi Şəxsin timsalında qeyd etmək daha çox yerinə düşər. Adı çəkilən tibb ocağı müharibənin ilk günlərindən bu çağacan əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək göndərilən 100-lərlə qazinin müayinə və müalicəsi ilə yüksək səviyyədə məşğul olmuş və bu gün də bu şərəfli missiyanı davam etdirməkdədir. Xəstəxananın nümunəvi fəaliyyətindən illərdir yazı hazırlayan mən- jurnalist Bəradər Səməndərli olaraq bunu cəsarətlə deyə bilərəm. Onsuz da ötən illər ərzində "Əkinçi" qəzetinin devizinə uyğun "köhnə qaydaları təzə qaydalarla" əvəzləyən sözügedən tibb ocağı bu gün ölkənin birinci Psixatriya Xəstəxanası olmaqla yanaşı, eləcə də zamanı qabaqlayan, dünya səhiyyə təcrübəsinə əsaslanan ən yuksək psixatrik müalicə usullarıni həyata keçirən birinci xəstəxanadır.
Ötən saylarımızda qazilərə diqqət və qayğı başlığı ilə ardıcıl olaraq bir neçə yazı ilə çıxış edən "Atribut" ənənəyə sadiq qalaraq bu sayında da mövzuya yenidən qayıtmaq zərurətində bulundu və bu dəfə rəqəmlərin dili ilə danışmağa üstünlük verdi. Beləcə, Respublika Psixatriya Xəstəxanası Publik Hüquqi Şəxsə baş çəkmək məqsədilə bugünlərdə yolumuzu yenidən Bakının Maştağa qəsəbəsindən saldıq. Yenə eyni nümunəvi mənzərənin, qazilərə yüksək tibbi xidmətin, diqqət və qayğının şahidi olduq. Bu dəfə daha müfəssəl məlumat almaq məqsədilə Baş direktorun müavini Aydın həkimlə görüşüb söhbət etdik.
O, bildirdi ki, xəstəxana öz pasiyentləri ilə yanaşı, eyni zamanda iki cəbhənin xəstələrini qəbul edərək müayinə və müalicəsi ilə operativ, həm də yüksək peşəkarlıqla məşğul olmaqdadır. Bildirdi ki, COVİD-19 pandemiyası başlayandan hazırkı vaxtacan 862 koronaviruslu xəstə burada müalicə olunub. Eyni zamanda 44 günlük Vətən müharibəsində yaralanan Qazilərin müayinə və müalicəsi ilə tibbin müasir tələbləri səviyyəsində, həm də son dərəcə nəzakətlə, diqqət və qayğı ilə məşğul olan xəstəxana kollektivi ilk gündən bu yana ümumilikdə 1272 nəfər Vətən oğlu qəbul etmişdir. Müsahibim əlavə etdi ki, hazırda burada 238 nəfər Qazi müayinə və müalicə olunsa da, hər gün bu rəqəm yüksələn xətlə dəyişir və axın edən Qazilər ehtiramla qarsılanır, lazım olan müalicə üsulları tətbiq edilir, yüksək sanitar-gigiyenik qaydalara cavab verən korpuslara yerləşdirilirlər.
Direktor müavini sonda onu da xüsusi qeyd etdi ki, torpaqlarımızın yağı düşməndən azad edilməsində canından, qanından keçən Şəhid övladlarımıza Allahdan rəhmət diləyirik, Qazilərə isə diqqət və qayğı göstərmək bizim təkcə vəzifə borcumuz deyil, həm də vətəndaşlıq borcumuzdur.
Bəli, biz hamımız onlara borcluyuq!

Bəradər SƏMƏNDƏRLİ

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ