Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda ən çox harada ana ölümü qeydə alınıb? - STATİSTİKA

Azərbaycanda ən çox harada ana ölümü qeydə alınıb? - STATİSTİKA Ötən il Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb.
2020-ci ildə ölənlərin faizi hər 100 000 nəfər diri doğulana görə, 15.8 olub. Belə ki, 20 nəfər həyatını itirib. Onlardan 7-si şəhərdə, 13-ü isə kənddə olub.
Şəhərdə olanlardan 1-i Suraxanı, 1-i Xəzər, 1-i Sumqayıt, 1-i Kəpəz, 1-i Nizami, 1-i Şirvan, 1-i Salyan rayonundadır.
Kənndə olanlardan isə 1-i Goranboy, 1-Siyəzən, 1-i Cəlilabad, 1-i Lənkəran, 1-i Masallı, 1-i Yardımlı, 1-i Zərdab, 1-i Saatlı, 2-si Sabirabad, 1-i Balakən, 1-i Laçın, 1-i Hacıqabul rayonda ölüb.
Qeyd edək ki, 2019-cu ildə sözügedən rəqəm hər 100 000 nəfər diri doğulana görə, 14.9 % olub və 21 nəfər ölüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ