Sizin reklam burada
Sizin reklam burada

NÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZI

NÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZI QƏBUL OTAĞI

Günümüzün-güzəranımızın bu ağrılı çağlarında bir çox qəbul otaqlarında kohnə bürokratiyanın ab-havasına uyğun olaraq saatlarla gözləyir, katiblərin anket sorğusuna bənzər sorğu-sual yağışına tutulursan. Lakin bir fərqli qəbul otağı da var ki, oraya üz tutanlar yüksək diqqətlə həm çox da gözlədilmədən qəbul edilir, həm də qəbuldan yüksək razılıqla çıxırlar. Bu Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru, Əməkdar Həkim Ağahəsən Rəsulovun qəbul otağıdır. Sözün əsl mənasında büsbütün insanlığa doğulan A. Rəsulov sözügedən tibb ocağına 11 ildir ki, rəhbərlik edir, daha doğrusu 11 ildir ki, burada quruculuq, abadlıq, yenilik, müasirlik işlərini həyata keçirməklə məşğuldur. Heç şübhəsiz yazını oxuyanların çoxu düşünəcək ki, müəllif nəyinsə xatirinə "yağlı tərif"ə keçib. Əsla belə deyil. İnsanlıq xatirinə, ədalət naminə və insafən dönüb ötən 11 il arxaya baxsaq, xəstəxananın günün, dövrün tələbi ilə tam uyğunlasan bugünkü vəziyyətinə görə adını çəkdiyim rəhbəri haqqında nə qədər xoş söz yazılsa, yenə azlıq edər düşüncəsi ilə hər kəs razılaşar.
Baxmayaraq ki, hazırda pandemiya təhlükəsi səbəbindən müəyyən müddətə karantin rejimi tətbiq edilib, lakin karantinə qədər buraya xəstə gətirən və bu mənada məlum səbəblərlə bağlı üz tutan hər kəs istər rəhbərin qəbulunda, istərsə də xəstə qəbulu şöbəsində nəzakətlə qarşılanıb, yüksək diqqətlə üzləşib. Bunu uzun illərdir ki, buradan mütəmadi olaraq yazılar yazan, görülən təqdirəlayiq işləri işıqlandıran qələm adamı kimi mən-Bəradər Səməndərli cəsarətlə deyə bilərəm.
Yeri gəlmişkən, pandemiyanın ilk vaxtlarından covid-19-a yoluxan və sözügedən xəstəxanaya yerləşdirilən 100-lərlə xəstəyə təcrübəli həkimlər tərəfindən yüksək tibbi xidmət göstərilmiş, onların sağlam həyata qaytarılması naminə lazımi tibbi-profilaktik tədbirlər gorülmüşdür. Eyni zamanda 44 günlük Vətən müharibəsində yaralanan qazilərə burada göstərilən ehtiram, qayğı göz önündədir. "Atribut"un ötən saylarında bir neçə qazi ilə həmsöhbət olarkən xəstəxana rəhbərliyindən, burada çalışan həkim kontingentinin onlara göstərdikləri diqqət və qayğıdan bəhs etdiklərini qələmə alaraq silsilə yazılar vermişdik. Əslində bu yazı da həmin yazıların davamıdır.
"Qazilər başımızın tacıdır. Allah Vətən yolunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin. İstər şəhidlərə, istərsə də yaralanan, lakin sağ qalan qazilərə uzun illər erməni işğalında qalan, həsrətini çəkdiyimiz torpaqları, doğma yurd-yuvaları Ali Baş Komandanın "İrəli!" əmri ilə onlar düşməndən azad etdilər, başımızı göylərə qaldirdilar. Nəticədə biz məğlub xalqdan qalıb xalqa çevrildik. Hamımız onlara borcluyuq. Onların qulluğunda durmaq, qayğı göstərmək bizim borcumuzdur". Bu sözləri xəstə qəbulu şöbəsində qarşıma çıxan və adını macal tapıb soruşa bilmədiyim ağxalatlı tibb bacısı söylədi. Onunla həmsöhbət etdiyimi görən qazilərdən biri yaxınlaşıb, "Sağ olsun bu Psixiatriya xəstəxanasının rəhbərliyini və həkimlərini, biz qazilərə göstərdikləri diqqət və qayğı imkan verir deməyə ki, yenidən müharibə başlayarsa, hətta bu vəziyyətdə vürüşa gedərdik. Belə kollektivi formalaşdıran rəhbərə halal olsun. Arxa cəbhədə bu cür cəfakeş həkimləri olan xalq məğlub ola bilərmi. Əsla yox!"-dedi.
Əlbəttə, bu sözləri Vətən yolunda vuruşan igid oğullarımızın dilindən eşitmək qəlbimə işıq saçdı sanki. Və oradan uzaqlaşıb üz tutdum "Azərbaycan" nəşriyyatının 4-cü mərtəbəsinə. Redaksiyaya daxil olub qələm dəftəri götürdüm. Sözügedən Xəstəxanada şahidi olduğum mənzərəni "Atribut"un bu sayında işıqlandırmaq qərarına gəldim. Təbii ki, yuxarıda qeyd elədiyim kimi, bütün bunlar Respublika Psixiatriya Xəstəxanasının numunəvi fəaliyyəti barədə silsilə yazılar sırasına daxildir və yazının davamını növbəti saylarımızda izləyə bilərsiniz.

NÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZI
Barədər SƏMƏNDƏRLİ
"Atribut"


NÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZINÜMUNƏVİ TİBB OCAĞINDAN DAHA BİR YAZI

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ