Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan nümunəsi” Kembric Universitetinin elmi nəşrində

“Azərbaycan nümunəsi” Kembric Universitetinin elmi nəşrində Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı mübarizə aparılır. Təbii ki, həmin mübarizənın ən mühüm istiqamətlərindən biri də ölkənin təhsil sektorunda həyata keçirilən layihələrdir.
Dövlətimizin bu sahədəki uğurları barədə ölkə mətbuatında çox yazılıb. Son günlər isə Böyük Britaniyadan xəbər gəldi ki, azərbaycanlı təhsil mütəxəssisi Cəsarət Valehov və Çin Xalq Respublikasındakı Yanşan Universitetinin azərbaycanlı doktorantı Sadiq Qaçayevin birgə qələmə aldıqları “Tele-dərslər COVID-19 pandemiyası dövründə yüksək keyfiyyətli distant təhsilin davamlılığını təmin etmək üçün təsirli bir alət kimi: Azərbaycan nümunəsi” adlı məqalə “Cambridge Scholars Publishing” kitab nəşriyyatında tərtib edilmiş “Onlayn təhsilin mübarizəsi: Dünya Ali Təhsilində COVID-19-a qarşı görülən işlərin təsirləri” kitabında ayrıca bir fəsil kimi təqdim edilib.
Dünyanın ən məşhur elmi nəşrlərindən olan bu kitabın redaktorları professorlar Xuili Xan, Ceyms Vilyams və Şaşa Çui təhsilin idarə olunması və ümumi idarəetmə sahəsində Çində və ABŞ-da geniş təcrübəsi olan alimlərdir. Məqalənin müəlliflərinə gəlincə isə, Cəsarət Valehov Azərbaycanda və ABŞ-da doktorluq dərəcəsi alıb və uzun zamandır ki, təhsil sahəsində faəliyyət göstərir. Sadiq Qaçayev isə magistr təhsilini Çində alıb. Hazırda idarəetmə sahəsi üzrə Çində doktorantura təhsili alır.

Zərifə BƏŞİRQIZI

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ