Sizin reklam burada
Sizin reklam burada

Ötən il Bakıda xəstəxanadan kənar doğuşların sayı 68 nəfər olub

Ötən il Bakıda xəstəxanadan kənar doğuşların sayı 68 nəfər olub Ötən il Bakıda evdə, yəni xəstəxanadan kənar doğuşların sayı 2015-ci illə müqayisədə azalıb.
Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib ki, 2015-ci ildə evdə doğuşların sayı 100 olubsa, 2016-cı ildə bu rəqəm 68 nəfər təşkil edib.
Onun sözlərinə görə, təcili yardıma daha çox doğuş qurtarandan sonra müraciət edilir: “Doğuşdan sonra ana, uşaq və cift xəstəxanaya yerləşdirilir. Təcili yardımda ana və uşaq ölümü qeydə alınmayıb. Təcili yardım doğuşun nə zaman baş verdiyini bilə bilməz. Çünki stansiyaya müraciətlər doğuş qurtardıqdan sonra daxil olur. Evdə doğuşlar həm ananın, həm də uşağın sağlamlığı üçün təhlükə yarada bilər”.
İ. Əliyeva əlavə edib ki, təcili yardımda lazımi doğuş paketi var və həkimlərin hər biri doğuşu həyata keçirə bilir. Həkimin yanında baş verəcək doğuşu qəbul etməyi, göbəyini kəsməyi bacarır və lazım olduqda icra olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ