Sizin reklam burada
Sizin reklam burada

“Koronavirusa yoluxanların ölümündə həmin insanların əli var”

“Koronavirusa yoluxanların ölümündə həmin insanların əli var” “Biz digər ölkələrə baxanda heç də peyvəndi inkar edən ölkələr sırasında deyilik”.
Bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində deyib.
Nazir müavini qeyd edib ki, dırnaqarası ekspertlər, bəzi ictimai fəallar, xadimlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində insanları peyvəndlənmədən kənarlaşdırmaqla məşğuldurlar:
“Reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümündə həmin insanların məsuliyyəti və əli var. Bu, bir cinayətdir”.
T.Musayevin sözlərinə görə, indiyədək əhalinin 35%-i tam (hər iki dozu alıb-red.) peyvəndlənib:
“60-70 faizə yaxınlaşsaq, yoluxmanın sürətinin qarşısını alacağıq. Hazırda xəstəxanalara yerləşdirilənlərin 96 faizi peyvənd almayan insanlardır. Reanimasiyada yatanların 98 faizi peyvənd olunmayanlardır. Hətta peyvənd olunub reanimasiyaya düşənləri də təhlil edirik. Neqativ hallar da baş verir – saxta COVID pasportu, peyvənd sertifikatı əldə edən insanlar olub. Onların arasında onlar da var. Tam əminliklə deyə bilərəm ki, peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ