Sizin reklam burada
Sizin reklam burada
  • Rəhbər yerində olanda

    Rəhbər yerində olandaQazilər həkimlərdən razılıq edirlər

    Başçılıq etdiyim "Atribut" qəzeti artıq 11-ci ildir ki, 1 saylı Respublika Kliniki Psixiatriya Xəstənasınının fəaliyyətini nəzarətə götürərək işıqlandırmaqda davam edir. Təbii ki, buna əsas səbəb sözügedən tibb müəssisəsinin elə həmin vaxtlardan bu yana günün tələbləri səviyyəsində yüksək inkişaf yolu keçməsi və bu inkişafın davamlı olmasıdır. Əgər müqayisə üçün 11 il əvvələ bir anlıq nəzər salsanız, qeyd olunan müddətdə burda sözün əsl mənasında bir sıçrayışın, yaxşı mənada bir inqilabın baş verdiyinin şahidi olarsınız. O illərdə buralara yolu düşən hər kəsin yəqin ki, yaxşı yadında qalar o bataqlıqlar, qamışlıqlar, kol-kos basmış, aylarla, illərlə iylənərək çəkilməyən, qurumayan qrunt suları, bəzi hallarda isə qumlu səhraya bənzər susuz həyətyanı sahə. Bəlkə də elə ona görə adamların dilində buralar dəlixana adlandırılırdı. Hələ dağınıq, pərakəndə fəaliyyət göstərən kollektivi demirik. Baxımsız qalan, gözdən-könüldən uzaq düşən "Dəlixana" nəhayət 11 il öncə ölkədə aparılan düzgün kadr islahatları nəticəsində əsl rəhbərini tapdı. Budur, keçmişlə indiki mənzərə cəhənnəmin cənnətə çevrilməsi timsalında müqayisəolunmaz dərəcədə fərqli bir görüntüylə əvəzlənmişdir. Giriş qapısından içəri daxil olan hər kəs əgər qapının önündə 1 saylı Respublika Kliniki Psixiatriya Xəstəxanası sözünü oxumasa, təbii ki, Bakıdakı hansısa istirahət mərkəzinə və ya ən azından Botanika bağına gəldiyini düşünər. 27 hektarlıq həyətyanı sahə başdan-başa zövq oxşayan yaşıllığa, gül-çiçəyə, ekoloji gözəlliyə bürünüb. Müalicə alan xəstələrin sağlamlığı naminə yaradılan hər cür şərait təbii ki, dövlət başçısının və səhiyyə nazirliyinin diqqət və qayğısından kənarda qalmır. Lakin rəhbər yerində olanda diqqət və qayğı daha çox səmərə verir, işlər öz axarında olur, kollektiv öz işinin öhdəsindən layiqincə gəlir.
    Bu gün adıçəkilən tibb ocağının əsas üstünlüklərindən biri də burada sağlam kollektivin formalaşması, rəhbərin öz yerində olması, başqa sözlə çəkicin bir nöqtəyə vurulmasıdır.
    Ruhi-əsəb xəstəliyinin müalicəsinin daha səmərəli şəkildə aradan qaldırılması, xəstələrin çöl həyatına hazırlanması istiqamətində görülən işlərdən biri də təbii müalicə üsullarının tətbiqidir ki, Əməkdar Həkim Ağahəsən Rəsulovun rəhbərliyi ilə hələ pandemiyadan qabaq uzun müddət idi ki, burada bir neçə adda dərnəklər fəaliyyətə başlamışdır; dulusçuluq, tikiş, toxuculuq, incəsənət, gülüş, kino, voleybol, "Pantamimo" teatrı və sair dediklərimizə əyani sübutdur. Bundan başqa xəstəxana həyətındə yaradılan və içərisində müxtəlif növ balıq saxlanılan iki irihəcmli hovuz ruhi-əsəb xəstələrinin müalicəsi üçün olduqca əlverişli rol oynayır. Baş həkim təyin olunan gündən bu yana bütün fəaliyyəti boyunca həyətyanı sahədə təkcə mövsümi üzrə meyvə ağacları və müxtəlif növdə zövq oxşayan gül-çiçəklər deyil, eyni zamanda dekorativ ağaclar da daxil olmaqla, 27 mindən çox ağac əkilmişdir. Eyni zamanda ötən illərdən qalma, ömrünü çoxdan başa vurmuş, uçulub tökülmüş yararsız hala düşən korpusların bəzisində restovrasiya işləri aparılsa da, bəzisinin sökülüb yenidən tikilərək müasir tələblər səviyyəsində istifadəyə verilməsi görülən işlərin bariz nümunəsidir.
    Təkcə pandemiyayla mübarizədə koronaviruslu xəstələrə göstərilən nümunəvi xidmət deyil, eyni zamanda 44 günlük Vətən müharibəsində yaralanan qazilərin müalicəsi istiqamətində burada kollektiv bacarıq və səyini, diqqət və qayğısını əsirgəmir, var gücü ilə çalışaraq öhdələrinə düşən missiyanı layiqincə yerinə yetirməkdədirlər. Elə ötən gün xəstəxada olarkən, bir neçə qazı ilə görüşüb, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə marqalanarkən tibb personalıdan, xəstəxana rəhbərliyindən etdikləri razılıq ifadələri yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir.
    Sonda biz də öz növbəmizdə Vətəninə, dövlətinə əməli şəkildə candan bağlı olan fədakar kollektivə uğurlar diləyirik!

    Bəradər SƏMƏNDƏRLİ,
    "Atribut"un baş redaktoru

    Rəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olandaRəhbər yerində olanda

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ