Sizin reklam burada
Sizin reklam burada

Mərkəzi Xəstəxananın direktoruna cinayət işi açıldı

Mərkəzi Xəstəxananın direktoruna cinayət işi açıldı “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Publik Hüquqi Şəxsin direktoru İlham Mustafayevin bu il aprelin 24-dən hazırki vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ21063” markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 min 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ