Sizin reklam burada
Sizin reklam burada

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək Sabah – 5 avqust 2021-ci i tarixdə Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.
Bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.
Sabah bu il iyunun 29-da peyvəndin birinci dozası tətbiq edilmiş jurnalistlərə ikinci doza tətbiq ediləcək. Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ