Sizin reklam burada
Sizin reklam burada

Şirvan Diaqnostika Mərkəzindəki şərait, görülən işlər, xidmət səviyyəsi məni qane etdi

Şirvan Diaqnostika Mərkəzindəki şərait, görülən işlər, xidmət səviyyəsi məni qane etdiİltizam Yusifov,
deputat

Şirvan Diaqnostika Mərkəzində oldum. Tibb müəssisəsindəki işlərlə yaxından tanış olmaqla yanaşı Vətəndaşların tibbi sığorta ilə bağlı bəzi suallarına yerində aydınlıq gətirdik. Vaksinasiya ilə bağlı şəraitlə də tanış oldum. Ümumilikdə Şirvan Diaqnostika Mərkəzindəki şərait, görülən işlər, xidmət səviyyəsi məni qane etdi.
***
Bundan sonra ƏƏSMN-nin Əlillərin Reabilitasiya Mərkəzinə gələrək Müəssisədəki şəraitlə də tanış oldum. Onu deyim ki, müəssisə ilə bir dəfə qiyabi də olsa əlaqəm olmuşdur. Belə ki, bir qazi üşağının reabilitasiyası ilə bağlı müraciətim olmuşdur. Müalicə olundu, çox sağ olsunlar və bildiyimə görə hal-hazırda da vəziyyəti çox yaxşıdır.
Müəssisədə olarkən burada reabilitasiya keçən Qazilərimizlə həmsöhbət olduq. Reabiliyasiya keçən həm Qazilərimiz, həm də digər əlil vətəndaşlarımızla söhbətdə onlar burada yaradılan şəraitlə, göstərilən xidmətlə bağlı razılıq etdilər, Dövlətimizə, dövlət başçısı cənab İlham Əliyevə öz münnətdarlıqlarını bildirdilər. Müəssisənin rəhbəri ilə gələcəkdə xidmətin keyfiyyəti, xidmət növlərinin artırılması, uşaqların reabilitasiyası ilə bağlı müzakirələrimiz oldu və bu məsələlərlə bağlı müvafiq qurumlarla birgə işləməyin vacibliyi bildirildi.
Şirvan Diaqnostika Mətkəzinin direktoru Nəsib həkimə, Şirvan Reabilitasiya mərkəzinin direktoru Mehriban xanım Siracovaya təşəkkürümü bildirirəm və işlərində uğurlar arzulayıram.
Şirvan Diaqnostika Mərkəzindəki şərait, görülən işlər, xidmət səviyyəsi məni qane etdi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ