Sizin reklam burada
Sizin reklam burada

Patı qəbul edənlərdə şizofreniya halları müşahidə edilir - Psixoloq

Patı qəbul edənlərdə şizofreniya halları müşahidə edilir - Psixoloq Son vaxtlar narkotik maddə olan metamfetamin (Pati) qəbul edənlərdə şizofreniya halları müşahidə edilir.
Bunu psixoloq Orxan Farəcli bildirib.
O qeyd edib ki, hətta pasiyenti olan gənc oğlanda belə problemlər yaranıb:
"Pasiyentim düşünür ki, pərdə hansısa şəkildə dayanırsa, bu kənardakılara mesajdır, proseslər Çindən idarə olunur, həyat yoldaşı ona xəyanət edir və s. Bu cür insanların çox ciddi psixoloji dəstəyə, xəstəxanaya yatırılmalarına ehtiyac var. Çünki insan daim həyat yoldaşının ona xəyanət etdiyini düşünür və o qadın daim təhlükədədir".
Psixoloq regionlarda "Pati", "Şüşə"nin çox geniş yayılmasına da münasibət bildirib: "Hətta o dərəcədə ki, insanlar kim tərəfindən, harada satıldığını bilirdilər. Ona görə də son vaxtlar hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatlar çox doğru, amma gecikmiş əməliyyatlardır. Bunun ictimaiyyətə açıqlanmasını doğru sayıram. Çünki açıqlanmadıqca, vəziyyət nəzarətdən çıxır. Bunun bir növ narkotik vasitələrin təbliğatı olduğu qənaətində deyiləm".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ