Sizin reklam burada
Sizin reklam burada

Gəncədə ana ölümü baş verib

Gəncədə ana ölümü baş verib Gəncədə ana doğuşdan sonra ölüb.
Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S. Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ