Sizin reklam burada
Sizin reklam burada

Paytaxtda növbəti səyyar vaksinasiya keçirilir

Paytaxtda növbəti səyyar vaksinasiya keçirilir Azərbaycanda bütün ölkə üzrə peyvəndləmə prosesi davam edir.
İnsanların daha rahat peyvənd olunması, prosesin əlçatanlığının təmin oluması məqsədilə vaxtaşırı səyyar vaksinasiya prosesləri də təşkil olunur.
Növbəti səyyar peyvəndləmə BRAVO supermarketlər şəbəkəsinin metronun "Koroğlu" stansiyası yaxınlığındakı yerləşən hippermarketində təşkil olunub. TƏBİB-in əməkdaşlarının iştirakı ilə keçirilən peyvəndləmə prosesinə hippermarketə gələn yaşı 18-dən yuxarı hər kəs könüllü şəkildə qoşula və vaksin vurdura bilər.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 082 728 təşkil edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ