Sizin reklam burada
Sizin reklam burada

Ağ xalatlı həkimlər

Ağ xalatlı həkimlər Həyatı gözəlləşdirirsiniz təbiəti gözəlləşdirən gül-çiçək kimi. Ömrə nur çiləyirsiniz nurlu günəş kimi. Neçə-neçə ürəyə sevinc paylayırsınız xeyirxah müjdəçi kimi, ağxalatlı həkimlər!
Naümid baxışlara, nigaran doğmalara, üzüntülü körpəyə, gəncə, qocaya, bir sözlə, Sizə gümanı, ehtiyacı olanlara, Sizə tapınanlara bir vüqar rəmzi, bir çıraq, bir dayaqsınız, ağxalatlı həkimlər!
Sizdən şəfa tapanların, xoş diləyə çatanların, saf istəyə qovuşanların minnətdarlıq hissidir ən böyük qazancınız!
Sağlam, gümrah görünmək hər bir kəsin diləyidir. Bu diləklə də Sizə üz tutanlara diqqət və qayğınız Sizi daha ucadan uca, doğmadan doğma edir. Bu inamı, bu etibarı qazanmağınız, şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız, şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də, Tanrıya xoşdur! Tanrı sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər!

İlhamə Məhəmmədqızı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ